İlham Əliyev bu İcra başçısını işdən çıxartdı: - "Yığışıb, evə gedirəm"

Hit: 3059
İlham Əliyev bu İcra başçısını işdən çıxartdı: - "Yığışıb, evə gedirəm"

 

 

Xəbər verdiyimiz kimi, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən azad olunub. Bu haqda ilk olaraq azxeber.com saytı xəbər yayımlayıb. 

Xaləddin İsgəndərov "Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində xəbəri təsdiqləyib: "Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə”.

Yeni bir vəzifəyə təyinat alıb-almaması ilə bağlı suala o, "heç bir vəzifəyə təyinat almamışam” cavabı verib.

Xaləddin İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat almışdı. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir. F.Məmmədov ötən ilin dekabr ayında işdən çıxarılandan sonra X.İsgəndərovun da tezliklə vəzifədən uzaqlaşdırılacağı haqda mətbuatda yazılar gedirdi.

 
 

 









Redaktorun seçimi