Çaya axan dəniz: Xəzər və Kür - FOTOREPORTAJ

Hit: 40500
Çaya axan dəniz: Xəzər və Kür - FOTOREPORTAJ
Artıq bir müddətdir ki, Xəzər dənizinin suyu Kür çayına qarışıb. Ətraf ərazilərdə yaşayan insanlar bundan əziyyət çəkir. 
 
Tarixdə ilk dəfədir ki, Kür çayının suyunun bu qədər quruyub və nəticədə Xəzər dənizi geriyə 30 km çaya doğru axıb. 
 
“MediaPost”un əməkdaşları dünən Neftçala rayonunda Xəzər dənizi ilə Kürün qovuşduğu ərazidə olublar. Kür çayının suyu tamamilə dənizdən gəlib. Odur ki, göm-göydür. Ətrafda isə quraqlıq hökm sürür. Çayın sahili boyu ərazilərdə yaşayan insanlar içməli su baxımından əziyyət çəkir. 
 
“MediaPost” bildirir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə həyətlərdə iri tutumlu çənlər qoyulub. Eyni zamanda artezian quyuları qazılıb.
 
Bu ekoloji fəlakətin xüsusilə yay aylarında baş verməsi, çox acınacaqlıdır.
 
Salyan rayonundan keçən məşhur körpünün üzərindən çəkilən fotolarda isə Kür çayının suyunun hansı səviyyədə azaldığı aşkar görünür. 
 
Faktor.az "MediaPost"-un  Neftçala rayonunda Xəzər dənizi ilə Kürün qovuşduğu ərazidən hazırladığı fotoreportajı təqdim edir:
 

img

img
img
img
img
img
img
img
img
img
img
img
img
img
img
img
img

 

img
img
img
img

 









Redaktorun seçimi