Pişiksevər kişilər daha az cəlbedicidirlər - ARAŞDIRMA

Hit: 4586
Pişiksevər kişilər daha az cəlbedicidirlər - ARAŞDIRMA

Pişiksevər kişilər qadınların gözündə daha az cəlb edicidirlər.

Faktor.az xəbər verir ki, bununla bağlı aparılan araşdırmanın nəticələri “Animal” jurnalında dərc edilib.

Mütəxəssislər yaşı 18-24 arası olan qızlar arasında sorğu keçiriblər. Onlar şəkillərə baxaraq oğlanların xoşniyyətlilik, ekstraversiya, şüurluluq və nevrotiklik kimi xüsusiyyətlərinin olub-olmamasını qiymətləndiriblər. 

Qızların əksəriyyəti pişiklə şəkil çəkdirən oğlanların mehriban olduğunu, lakin daha az nevrotik və qoçaq olduğunu da vurğulayıblar. Onlar deyiblər ki, belə oğlanlarla münasibət qurmazdılar.

Bununla belə, eyni kişinin pişiksiz şəkli başqa qızlar tərəfindən təmkinli və özünəgüvənən olaraq qəbul edilib.

Daha öncəki araşdırmalarda köpəklə fotosu olan kişilərin qadınlar tərəfindən daha cəlbedici və seksual kişi qəbul edildiyi üzə çıxıb. Məhz bu səbəbdən araşdırmaçılar bənzər təcrübəni pişiklərlə keçiriblər. 

 







Redaktorun seçimi