Xərçəng xəstəsi müalicədən imtina edib meşəyə çəkildi, lakin...

Hit: 1454
Xərçəng xəstəsi müalicədən imtina edib meşəyə çəkildi, lakin...

Rusiya Federasiyasının Kemerov bölgəsininin sakini olan onkoloji xəstə müalicədən imtina edərək tayqa meşələrinə çəkilib. Lakin bir müddət sonra o, üz nahiyəsində nəhəng şişlə geri qayıtmalı olub.

Kuzbassın tibb mərkəzindən bildiriblər ki, həmin xəstəyə iki il öncə dodağında kiçik şiş diaqnozu qoyulub. Onda həmin şişin ölçüsü bir santimetr olub və tam müalicəsi mümkün görünüb. Lakin buna baxmayaraq, xəstə o vaxt müalicədən imtina edərək tayqa meşələrində yaşayaraq, dua etməyi seçib.

Bu müddət ərzində şiş dördüncü mərhələyə keçib və kəllə sümüyü ilə birləşib.

Xəstənin üzünün yarısını tutan şiş cərrahi üsulla götürülüb. Hazırda o, zondla qidalanır.

Xəstənin yaxşılaşması şüa müalicəsinə verəcəyi reaksiyadan asılıdır.









Redaktorun seçimi