Dilini bəd danışmaqdan qoru

Hit: 1026
Dilini bəd danışmaqdan qoru
Həzrət Peyğəmbər (s) onu ziyarət etmək üçün gələn kişiyə buyurur: "İstəyirsənmi ki, sənə elə şey öyrədim ki, Allah ona görə səni behiştə aparsın?".
 
Kişi deyir: "İstəyirəm, ya Rəsulallah".
 
Həzrət (ə) buyurur: "Allahın sənə mərhəmət etdiyindən ödə". (Yəni, zəkatını və xümsünü ödə).
 
Kişi deyir: "Bəs əgər özüm möhtac olsam, nə edim?".
 
Buyurur: "Zülm görmüşə yardım et".
 
Deyir: "Əgər o zülm görmüşdən daha gücsüz olsam, necə?".
 
Buyurur: "Ağılsızı hidayət et".
 
Deyir: "Əgər özüm bədbəxt və ağılsız olsam, necə?".
 
Buyurur: "Dilini xeyirdən başqasından qoru. Məgər şad deyilsən ki, bu sifətlərdən biri səndə olsun və səni behiştə çəksin?".
 
Allah Təala bizləri xeyir danışanlardan qərar versin.








Redaktorun seçimi