ERMƏNİLƏR SARI GƏLİNİ NİYƏ ÖZLƏRİNİNKİ BİLMƏK İSTƏYİR? - 3-cü yazı

Hit: 1201
ERMƏNİLƏR SARI GƏLİNİ NİYƏ ÖZLƏRİNİNKİ BİLMƏK İSTƏYİR? - 3-cü yazı

ERMƏNİLƏR TÜRKLƏRLƏ DÜŞMƏNÇİLİK ETMƏSƏ, YER ÜZÜNDƏN SİLİNƏ BİLƏRLƏR

 (yazının əvvəlli iki dəfə gedib:x.t.- yəni höccətqulu)

Ey dadi bidad danəndə dəhan dərviş d....

Səsimizə, TALEYİMİZƏ  eşq qoxudan, eşq oxudan Sarı Gəlin türküsü yazdıqca bitməyən bir mövzuya sahibdir. Çünki bu türkü etnosumuzun kimliyinə adamın dizini yerə gətirən həzin bir dastan şifrəsi, epos kodu imkanlarıyla daxil olmuş türkün qədərində din dəyişdirəcək gücə sahib türkülərdəndir. Bu yazını da türkünün sədaları altında yazırmış kimi,  bu doğma türkünün ritmiylə, gücüylə yazdığımın qənaətindəyəm.

Hər kəsin səsində gül açdıran, nirvanasında sərvi boyluları mələklərə dəyişməyən  Sarı Gəlin türküsünün gizəmi, sirri bir də öz adında, öz izində aranmalıdır. Ən əsas da sarı sözünün titrək təlatümləri iç-ərilərin hərarətinə ötürən dilimizdəki etimoloji açımı, məna tutumundakı dadı-duzu ruhumuzda elə biləsən indicə oluşur, özünə taxt qurub tac qoydurur. Nədir axı, nədir bu zəmisinə od düşmüş gizəmin bizi tarıma çəkən, tarana aparan qatlarında bərq vuran millətimzin kimlik sevdası, eşq tutumu, aşiqliq tutqusu?

Dilimizdə təfəkkür izini daşıyan bu qəbilədən olan və ilk ağla işıq tutan söz və söz birləşməsi, ifadə varsa, o da, sarı qız, sarı oğlan, sarı adam, göy adam, qara qız, qaraca qız, qara oğlan, qırmızı adam, qaraca çoban, ağ atlı oğlan, ağ qoc, qara qoç, ağ at, dür at, boz at, boz qurt, qara qaplan, sarı donlu selcan xatun, qara bəkir, qara keşiş, sonuc olaraq isə sarı aşıq BİR ADLANDIRMA, İFADƏ  həddi-zatımızda məna energetikamıza gələn yad zərbə və zərərləri məharətlə qarşısına çıxıb etgisiz hala gətirə bilən sıradandırlar. İlk baxışdan dilimizdə rəng kimi məna yansıtan bu sözlərin gerçək qatlarında bir neçə məna tiyanının qaynadığını (ehtiyatının olduğunu) görməmək mümükün deyil. Elə başlayaq Sarı Gəlin türküsündəki s-a-r-ı sözünün məna çalarından. Sarı sözü üzdə bir rəng, sima, görüntü ifadə etsə də, alt qatda və dilimizin söz qatında SARI-SARMAQ, SARILMAQ, BAĞLANMAQ ANLAMLARINI DA NET OLARAQ  ifadə edir. Sarı sözündəki sar-sarmaq  feili, əslində sarılmaq kimi də məna daşımasını büruzə verir. Bu sözün üst qatdakı anlamı bağlanmaq, sevmək, vurulmaq, evlənmək, ailə qurmaq qədər məna imkanlarını da göz ardı etmir. Bəllidir ki, sarı sözündə sar-ın izini daşıyan vəhşi, o yırtıcı quş da səsini heç bir vəchlə kəsmək bilmir(məhşurdur). Sarı sözü həm də könlümün sarı simə toxunmaq kimi bir ifadə tərzimizdə də hökmünü minnətsiz  qoruyur. Yəni mənim əsas dərdimə, mənəvi xəstəliyimə, yarama toxundun. Bu yara isə yenə də Ona, Yaradan olan tutqunun, ona bağlı olmağın yardılışa tabe tutulmuş kamil insanın içindəki oddur, atəşdir. Bu yara onu əbədi yolçuluqda DİRİ qılar, canlı tutar. Burdan yola çıxaraq sarı sözünü həm də yön-istiqamət, tərəf anlamları da cinas kimi müdhiş anlamlar sunmaqda ixtiyarımızda və bəxtimizdə ecaz yaradır. O sarı olan - kimə sarıdır əcaba? Təbii ki, adamın külünü göyə sovuran bu kültürün, təfəkkürün və yaşamın yolçusu olmuş bir millətin dilindəki bu sözün gerçək mənalarından biri də Allaha, Yaradan sarı (tərəf) olandır. Eynən təsəvvüf ədəbiyyatından, klassiq əsərlərimizdən bizə bəlli olan eşq hekayətlərindəki, elə Leyli və Məcnundakı Leyli obrazının, qadının,- Ona ulaşmağın bir vasitə olduğunu Sarı Gəlin türküsündəki dastançılıq təyinatında da görürük. Eynən Əsli və Kərəm dastanındakı Əslinin Yaradana ulaşma, Ona tərəf qoşma yolundakı vasitəçilik çiləsinin bitməz bilməyən sərüvəni bu türküdə də sadəcə olaraq bir təfəkkür meydanındakı variasıyalarından başqa bir şey deyil. ( Bu məna variasiyaları Yaradana doğru üz tutma yolundakı çabamızın saysız hesabsız olduğunu da burdanca anlamış oluruq.) Bütün o adlarını çəkdiyim eşq dastanlarındakı, nağıllarındakı cərəyan edən olaylar və talelər mahiyyət etibari ilə ETNOSUN MƏDƏNİ TƏFƏKKÜRÜNDƏKİ  BİR FAKTİN variantları olaraq iz azdırmağa çalışan xalqın dərdinin bədii yollarla KAİNATLA DİALOQUNUN yöntəmidir, tərzidir. Sarı Gəlin türküsünü dediyim faktlar üzərində bərqarar olması və milli kültür alqılayışımızın dastan, epos təfəkküründəki doğru həlli, türküdən də bəlli olduğu kimi, aşiqin məşuqa ulaşa bilməmə GÖZƏLLİYİDİR. Nə Leyli və Məcnunda, nə Əsli Və Kərəmdə sevdiyinə əlin çatmama əxlaqı burda da eyni müstəvidə və mətnsəl sağlamlıq, doğruluq çağlayışı üzərində bizi təsdiq edir. Budur məsələ, Aşiq Məşuqa ulaşa bilmir. Əgər Aşiq Məşuqa yetişsəydi, o zaman Romea və Cülyetta cütlüyünün sonucu yataq, evlənmək, oğul-uşaq sahibi olmaq kimi həbalarla, cəfasızlıqlarla yekunlaşacaqdı. Əsli Kərəm dasatanında nəyinki bu dünyada, heç o dünyada da (Əslinin məzarından bir gül, Kərəmin məzarından da bir gül çıxır birləşsin. Bu zaman Qara Keşişin ruhu şəklində qara tikan kolu ortadan peyda olub yenə də aşiqləri bir -  birindən ayırır) kiminsə bir - birinə qovuşma kimi kəhanətdən söhbət belə gedə bilməz. Bütün bu anı sonsuzluğa dəyişən milli-etnik kimliyə dayalım şəhadət (bunlar) nəyi göstərir? Xalqımızın yüz illərdir kürreyi-ərzi öz zərrəbində hidayətə erdirən ruhsallığ,  belə bir mətnsəl faktları təfəkkürünə alıb götürə bilməsindən yola çıxaraq (həm də bu götürdüklərində ruhsal və şüursal mütəvaziliyində olduqca İlahi mesaja uyğun şəkildə həll edə bilmişdir:-x.t.) deyə bilərik ki, bu gün erməni kimi bir millət əgər Sarı Gəlin türküsünü özününkü hesab edirsə, onu oxuyursa, demək TÜRKÜN, ETNOSUMUZUN KƏFFARƏTİ ERMƏNİLƏRDİR. Bir sözlə, metafizik haramlığa imza atmış ermənilər türklərin köhnəlikdən daha çox təzə  günahıdır. Ermənilərin türklərin günahı olmasını həm tarixsəl, həm mədəniyyət, həm də İlahi Yarğı çağrımında alqılamaq gərəkir. Bundan qurtula bilməzsiniz. Bu yoldakı tövbə yöntəmlərimizi işə salmağımız lazımdır,  bu da o vaxt mümkün olur ki, SARI GƏLİN, Əsli Kərəm kimi sənət nümunələrimizin haqqını və ehtiyacını yeni sənət nümunələrimzdə yarada bilək. Nə vaxt ki, türklər bu əsərlərin sakrallığını, ezoterikliyini öz milli varlığında yeni nümunələrlə ortaya qoyacaq, o zaman da erməni, kafər, qara keşiş murdarlığndan da qurtulmaq kimi ehtimallarımız böyükdür. Ancaq bizim kimi etnosların taleyi, qədəri və ruh yapısı elədir ki, biz ermənilərlə məsələmizi sənət müstəvisində, dastan müstəvisində həll eləsək, erməninin yerini indi başçqa GÜNAHIMIZIN SƏBƏBKARI olacaq biriləri tutucaqdır. Bəlkə ermənilərdən biz heç imtina etməyək. Düşmən dəyişdikcə düşmənçilik kimliyi də dəyişirmi?

Fikrimi millətimizin ruhaniyyətinin metafizik boyutlardakı həllini, dastan və türkülərdə, məkanda, coğrafiyada  hərəkata, ülküyə, hədəfə dönüşümünün gerçəkliytini, hə, gerçəkliyini irfan anlayışı üzərindən incələməyimi mədəniyyətimizdəki başqa bir NOQTƏSİNDƏ təsdiqləyəcəyik. Sizcə, bizim düşüncə dünyamızıdakı adlardan birinin də SARI AŞIQ adıyla var olması, bu qədər də təsadüfdən ola bilərmi? Baxın, Sarı Aşıq da sevgisinin eşqə dönüşümü yolundakı sərüvənlərini, qara sevdasını iliyimizə qədər kimliyimnizə daşıdı. Yaxşı və Sarı Aşıq. O da qovuşa bilmədi. Sonucda sufi dünya görüşünün şumlanmamış topraqlarında düşüncə ruhaniyyətimizi cücərdən bu zat sonda SARI AŞIQ adıyla bizə şanlı mirasıyla əbədiyyət dastanımızın bir qoluna çevrildi. Bir sözlə, SARI GƏLİNdəki  milli ruhaniyyətimizin ləpirləri SARI AŞIIQ  adıyla yurdumuzun sakral məkanında - yenə də QARABAĞDA cərəyan etmirmi? Bu Sarı Aşıq nədən yurdumuzun digər bölgəsinin deyil də, məhz Qarabağ bölgəsində varlığımızı dəbərdir, qəlbimizdə  ilahi eşqin ürpərtisini tərpədir. Qalü-bəlada dilimizi lalıdan Qarabağı bizdən istəyən, torpaqlarımıza sahib çıxmaq peşincə vurnuxan yenə ermənilərin hidayət qapadan, şərə şeytanlıq edən adı altında təzahür etmirmi?

Sarı Gəlin türküsünü ermənilər ona görə oxuyurlar ki, onlar bu türküylə özlərinə yeni dualar YARATMAQ, YENİ DUALAR OLUŞDURMAQ  istəyirlər. Bunu məhz bizim türküylə, özlərinin itmiş kimliyini mətnlərimizdə rastladığı qalıqlarıyla, özlərini qoruduğumuz, qanadlarımız altına aldığımız səsimizdə, ritmimzdə, dastan və təfəkkürümüzdə, şərqin şansına qonmuş eşqimizdə, Allaha ulaşmaq çabamızdakı cəsarətimizdə tapmışlar. Onlar şüuraltı olaraq, bizə etibar edirlər. Ermənilər şüuraltı olaraq,  türklərin yer üzündə millətlər içində ən etibarlı şəkildə onları lazımı nöqtələrə qədər təhlükəsizliklərini təmin edərək aparacaqlarını və apardıqlarnı bilirlər. Ermənilər gerçək qorunmağın, varlıq bünyəsində harda, necə, nə cür hifz olunmağın ağrı-acısını türkün qədərində əbədi parlayan kəhkəşanların yerə şığıyan işığında bilincli ya bilincsiz tapdıqlarına dayanıb söykəniblər. Hər halda real dünyanın real bilgiləri doğrultusunda türkləri yetərli qədər tanıya bilməsələr də....

Elə isə Sarı Aşıq, Sarı Gəlin türküsünün son məna, anlam mahiyyətindəki son akkortlardan biri olsun, deyək.

(ardı mütləq olaceyyy:-x.t.- çəyirtgə)

Xanəmir Telmanoğlu









Redaktorun seçimi