ERMƏNİLƏR SARI GƏLİNİ NİYƏ ÖZLƏRİNİNKİ BİLMƏK İSTƏYİR? - İkinci yazı

Hit: 677
ERMƏNİLƏR SARI GƏLİNİ NİYƏ ÖZLƏRİNİNKİ BİLMƏK İSTƏYİR? - İkinci yazı

SARI GƏLİN MAHNISINDA QAN TÖKMƏK EYHAMI

(əvvəli ötən sayda:-fil.)

Digər bir məsələ. Ermənilər Sarı Gəlin mahnısını ona görə oxuyurlar ki, onların , keşişin etiraz etdiyi eşqdə, sevgidə, izdivacda gözlərinin qaldığını dolayı yolla xatrılatmaq istəyirlər. Ya da ki, bu özləməni, bu sevdanı təkrar - təkrar millət kimi yaşamaq hərisliyinə susayıblar. Yəni ki, ermənilər bir toplum kimi türkün, müsəlmanın sinəsindən, ürəyindən çıxmaq istəmir. Bu elə bir “kosmik psixologiya”dır ki, onun qarşısını yalnız bir millətin bir nəfər kimi yox olması, salqına uğraması, məhv olması, fəlakətə sürüklənməsi ala bilər. Elə bunun nəticəsi olaraq, bu etnos şüuraltı təlqinlərinə məğlub olub mənim Sarı Gəlinimi oxumaqdan bezmədikləri kimi, o yaxınlığın gətirdiyi qısqanclıqdan, varlğından keçmək dəliliyindən məni, bizi özünə düşmən görüb qan tökməyə qədər gedirlər.

 Ermənilər bizimlə bizə olan bağlarından və sevgisindən düşmənçilik edirlər. Ermən xalqında  türkün varlığı fonunda üzərlərində bir qadın, matriarxallıq sərgiləyən energetik ehtiyaclarını ödəyə bilməmə üzüntüsü, əzabı var. Onlar torpaq istəmirlər. Onlar heç vaxtı torpağa sahib ola bilməzlər. Biz onların nə istədiklərini anlamaq istəmirik. Onların bizdə qalan sevgilərini geri almaq üçün savaşırlar. Onlara dünyanı versən də lazım deyil. Yenə də murdarlıqlarını davam etdirəcəklər. Çünki onların istədikləri, və özəlliklə müsəlman türklərdən istədikləri “şeyin” adı və mahiyyəti getdikcə onların özlərinə yadlaşdığı kimi, bizlərə də qaranlıq qalır. Ancaq bu mətnlər, sözlər, musiqilər, bu sənət anlayışı üzərindəki arxetiplik təpgilər bizi əsla doğru olanı doğru anlamaq prinsipindən azdırmaz, uzaq salmaz.

Əgər bunlar doğruysa, niyə bu gün də ermənilər bizlərdən torpaq iddiasında, tələbində bulunurlar?  Niyə ermənilərin xalq olaraq kütləvi düşmənçiliyi bizimlə nədən torpaq üzərində dışa vurur? Nədən onlarla bizim aramızdakı qan-qada torpaq üstə baş verir?

Ermənilərin qadınları hər zaman bizim yanımızda oldu, kişiləri başqalarının, özgələrinin yanında qurtdandılar. Onların qadınları türk kişisinin atının qoxusunu heç vaxtı unutmadı. Erməni qadınları türk kişisinin canına qatıb çöldən gətirdiyi havanı, varlığında haşr-nəşr etdiyi dağlardan gətirdiyi min bir çiçəklərin nəvazişini, ətrini unutmadı unuda bilmədi. O dağları, düzləri, çölləri, o dağlardakı, çöllərdəki çiçəkləri, gülləri, alları, yaşılları o qadınlar da gördü, görə bildi, kişilərini də oralarda görməmiş olmadı demirəm. Ancaq bu əsrarəngiz halı və ovqatı, fələklərin də əlindən dad çəkdiyi bir ortamı erməni qadınları türk kişinin varlığında, aurasında, onun energetikasında, bəlkə də bir azcacıq ağayana baxışlarında tapdı. Elə o tapan bu tapan oldu. Dastanlar, mətnlər, qoşqular, saz havaları, avazlar, ritmlər sinəmizə dağ çəkib həyatımızın altını üstünə çevirdi. Dinc yaşamağa qoyarmı bu qarşı tərəfdən əsib gələn zərif qoxulu xoş incə ruhların mehri bizi? Qoymaz əsla qoymaz..aha… Torpaq demişdim yuxarıda…Bəs bu torpaq nə torpağıydı, İlahi? Bir anda bədənlər al qana bələndi. Neçə-neçə insanlar, gənclər, cavanlar, qocalar olmuyan fəlakətləri geridə qalanlara yaşatdı? Nə idi, kim idi günahkar? Yox, eyyy, nə idi bu faciələrə rəvac verən, nə idi? Yoxsa  yenə də mi kilsə məscidə qarşıydı? Bir Allah evi  digər Allah evini sevmirdi. Hansı dar işidi? Hansı geniş işidi? Hansı hündür və ucaydı? Hansı kiçik və xosmaydı? Kim hansına yerləşmirdi?  Bəlkə o kilsələr yanlış yerlərdə tikilmişdilər? Bəlkə o kilsələrin tikildiyi yerlərdə məscidlər tikiləsiydi? O kilsələr nədən zamanında tarixin ənkazı altında qalıb düşmənçilik yaymamaq naminə yoxluğa uçub dağılmalıydı… Niyə xaç hilalı qan içində görmək istəyirdi? Günəş, günəşin işığı nə vaxtdan aya, hilalın nuruna qənim kəsilmişdi? Onların  ki zatı-kökü, əsli qaynağı eyni məkandan başlayırdı. Onların hər ikisinin sahibi göylər deyildimi? Onlar da yaradanın eşqini təmsil etmirdilərmi? Yoxsa bu torpaqlarda, bu coğrafiyaya gəlib çatan o işıq, o nur- xaçla hilala bir - birinin qanlı düşməninə bizim ucbatımızdan çevrilmişdilər. Bəlkə elə O SARI GƏLİN mahnısındakı Sarı Gəlin günəş telli xaç, sevgisininin yoxluğundan uluyan erkək isə hilaldır? Bu sualmı əcaba? Belə sual olarmı? Bu sualların cavabı olurmu, Allah eşqinə? Kimdir bu sualları, belə sualları varlığımıza xəncər kimi soxan? Biz bu suallara borcluyuqmu? Onların bizə təzminatı varmı? Bilmirəm.  Bircə onu bilirəm ki, SARI GƏLİN  mahnısının alt qatındakı musiqinin kilsə zəngələrindən, iç qatdakı axarının  ƏZAN səsindndən yoğrulmasının faciəsini suallarıma daşıyanın birisiyəm. SARI GƏLİN mahnısı kilsə sızıltılarını dağların qoynundan və vadilərin tənhalığından alıb Əzan misqisinin keçilməz məqamlarıyla ötələrə yol alan iki yolçunun nakam ağısıdır, qafil.

Mən bu musiqini Tibetdə, Kaylas dağlarında, lap belə Ağrı dağının hər qarışında oturub qiyamətə qədər dinləyərəm. Özüm oxuyaram. Onu özüm oxuyaram. Biz kimi səsimiz də, şüurumuz da, ritmimiz də, avazımız və bu varidatdımıza çıxdığımız yolumuzda kimlərinsə düşmən dedikləri bir Tanrı qonaöı, Tanrı bəndəsi olaraq qadın ağuşuyla bir etnosa, eybəcərləşmiş bir etnosa dərs keçməyə çalışır. O dərslərin vahimliyi, tənhalığı içimizi heç cürə isindirə bilmir ki, bilmir. Bu planetdə bir etnosun mədəniyyət kimliyində var olma dərsimizi tənhalığın ağuşundan çəkərək səsimizi, ulartımızı, bağırtımızı RİTMLƏRƏ tökərək nəfəs dərimi bir dirayət nümayişimizə İSMƏTİMİZ deyə bilərik.

Bəs torpaq üstə bu qədər qanların tökülməsi  SARI GƏLİN-in hansı sözündə, bəndində, nəqarətində, notunda bənd alıb?  İçimizi yaşadan, gerçək kimliyimizi dipdiri saxlayıb Tanrı hüzurunda üzüağ həya və əxlaqımızla var-gəl etməyimizi hifz edən bu qədər səsimiz, sözümüz, ritm və avazımız, yanğımız olduğu halda, nədən bəzi dünya dəyərləri qarşısında çaş-baş qalmışıq, anlamıram?  Yenə torpaq deyirsən? Deyim anla. Ermənilər nədənsə həmişə  türkləri Qarabağ adıyla, Qarabağ şəklində təsəvvür ediblər. Ermənilər hara getsələr, harda olsalar, bizimlə baş verən macəralarının Qarabağ adlı bir ərazidə baş tutduğunun fərqindədirlər. Onlar gözəl bilirlər ki, bu torpaq heç kimin Vətəni deyil. Erməninin isə ümumiyyətlə deyil. Sadacə onlara, onlarla bizim aramızda baş verə biləcək hər hansı bir hadisə, vaqeə Qarabağ adlı bir ərazidə özünə gerçəklik qazanır, alt qatda dastan, mahnı ola biləcək Qara Sevda sindiromu, üst qatda nevrotik təlqinlərlə faciə qurur. Bu isə, baş verən olayların (oğlan-qız, qadın-kişi, bəy-gəlin, kilsə-məscid, xaç-hilal)  isə ağırlığının və mahiyyət yükünün bizim deyil, ermənilərin tərəfində olmasını istəyir. Bu olduqca ağır  sindromdur. Tarix sürəsincə  bir az milli, bir az dini, bir az mistik, bir az metafizik, bir az real  pay bölgüsünün üzə çıxması və torpağın, Qarabağın başında çatlaması, onu göstərir ki, ermənilər Qarabağın coğrafiyasının türklərə verdiyi səsin məsuliyyətini özlərində də daşımaq istəyirlər. Niyə? Çünki, Xan, Cabbar, Bülübül, Sona Bülbüllər oxuyan, Qədir səsinin oxusunda bizim varlığımızın onların varlığında iştah oyatması şəksizdir. Ona verən mənə verməyən, onun olan, mənim olmayan mülk mənim düşmənimdir? Məni sevən məndə təzahür edər-derlər. Bu torpaq onun səsində və macərasında varsa, mən niyə yoxam? Ermənilər bununla da dolayı yollarla özlərinin kosmik var oluşlarının acısını Qarabağdan çıxmaqda haqlıdırlar. Bəlkə haqlı deyillər?  Biz olsaq, bunu eynən ermənilərə qarşı yapmazdıqmı? Bilmək olmaz nələr ola bilərdi.

(Ermənilərlə bizizm aramızdakı qarşıdurmaların kökündə bütöbv bir ərazinin bir millətə məxsus olmasının metafizik sərhəd tamlığıdır. Yəni ki, bugünkü ermənistan deyilən ərazilərin də Azərbaycan sınırları içində bir sevgili millətə yurd olma nostalgiyası nə vaxtsa kimsənin ağlına da gəlimyəcək şəkildə, bir mahının sızılarında, izdirab dolu naləsində öz yerini bulacaqdı.) Sarı Gəlin mahnısı, türküsü, bütöv olmuş bir torpağın, ərazinin, indi Vətən olma statusunu bir etnosun varlığında və kosmik məkanında tamamlanmaq ərəfəsində ikən, qəzaya uğrama sindromudu. Bu halalım torpaqlara gətirilən erməni adlı millətin buralarda tapacağı özünü də, zaman zaman halalımıza haram qatma çabasındakı cibanımızdı.)

I***

Ikinci bir xatırlatma vermək istərdim. Qədir Rüstəmovun oxuduğu Sona Bülbüllərlə Sarı Gəlin mahnısının nə fərqi var ki? Hərdən mənə elə gəlir ki, Qədirin oxuduğu Sona Bülbüllər elə Sarı Gəlin mahnısıdır, Sarı Gəlin mahnısının kişi variantıdır... Bəlkə də Sona Bülbüllərin başqa bir versiyasıdır.

 ***

Mən sevinirəm ki, ermənilər bu mahnını oxuyur, bu mahnını oxuya bilirlər. Bizi qurtaran bu mahnıdır. Onlarla bizim aramızdakı düşmənçiliyi xəfiflədən atət, miniski qurupu, rusiya, fransa, ingilislər deyil, əsrlərdir  bu mahnıdır.Bu mahnı şüuraltı olaraq öz gücüylə bütün kin və küdurətimizi sorub öz ritmiylə, oxuyanların avzı, səsiylə dışarı dağılır. Içimizdən ağırlıqlar, milli ədavət və qisasçılıq hissi çıxardılır.

Sarı Gəlin mahnısını kimdənsə eşitməyə ehtiyac yoxdur. Bu elə bir mahndırı ki, hər kəs öz səsiylə onu rahat oxuyur, oxuya bilir. Bu mahnını hər kəs oxuyur, hər səsə düşür. Hər mahnını hər kəs istədiyi kimi öz səsiylə oxuya bilmir. Bu elə bir mahnı və bəsdədir ki, səsi olmuyan adam da onu oxuyanda səsinin eybləri itir, qayb olur, ya da adamın fikri o kələ-kötürlükdən yayınır. Sarı Gəlin mahnısı bizim digər etnoslarla dialoqumuzun zəmnidir. Bir az da poetikanın əffinə sığınaraq demək mümkünsə, bizim sülh göyərçinimiz içimizin sızısını və sonsuz ecazını qarşıdakılara böyük bir  həssaslıqla, istiqanlılıqla ulaşdıran Sarı Gəlindi.

(ardını qətiyyən qaçırmayın:-x.t.(qarışqa))

Xanəmir Telmanoğlu

 









Redaktorun seçimi