Haluk Levent azərbaycanlı qızdan yazdı - FOTO

Hit: 468
Haluk Levent azərbaycanlı qızdan yazdı - FOTO

Türkiyənin tanınmış rok ifaçısı Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirova üçün konsert verə biləcəyini açıqlayıb.

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə şəxsi tvitter hesabında yazıb.

22 yaşlı qızın müalicəsi üçün 400 min türk lirəsinə ehtiyacı olduğunu bildirən ifaçı, Azərbaycanın dövlət rəsmilərinə səslənib. 

"Bakıda çoxlu dinləyicilərim var. Biletli konsert təşkil edin, əldə edilən gəliri Sura üçün xərcləyək. Qardaşlığımızı gücləndirək", deyə Haluk Levent bildirib.









Redaktorun seçimi