Allah Təala kimlərə cavan deyir?

Əgər hələ saçlarında ağ tüklər görünməyib, əgər pilləkəni sürətlə qalxıb-düşürsənsə, əgər bir iş görəndə yorulmayırsansa, deməli hələ çavansan. Bəs Allah Təalanın nəzərində cavan kimlərdir? (Tebyan)
"Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: "Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər"". ("Kəhf" 13).
Allah ona görə onları cavan adlandırır ki, imanlarının çiçəkləndiyi dövrdə idilər.
Bəziləri deyir ki, cavanlıq - bağışlamaq və əziyyəti tərk etmək dövrüdür.
Bəziləri isə deyir ki, cavanlıq - haramları tərk etmək və gözəl sifətlərə malik olmaq dövrüdür.
Bəziləri deyir ki, cavanlıq - yanlışlardan əl çəkmək və bağışlamaq yolunda səy etməkdir.
"(Onların bəziləri) dedilər: "Eşitmişik İbrahim deyilən bir gənc onları(n adını) dilə gətir(ərək pisləy)ir (bəlkə onun işidir)"". ("Ənbiya" 60).
Cavan sözü comərd sözündən götürülmüşdür. Həzrət Yusifin (ə) comərdliyinə diqqət edək. Qardaşlarının bu qədər əziyyət və zülmünə baxmayaraq, onları bağışlayır və buyurur: "Dedi: "Bu gün sizə qarşı heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır"". ("Yusif" 92).
Bir gün Peyğəmbər (s) əyləşmişdi və bir yoxsul gəlir və sual verir. Hzərət Peyğəmbər (s) üzünü tərəfdaşlarına tutub buyurur: "Ona comərdlik edin". İmam Əli (ə) ayağa qalxır və gedir. Qayıdan zaman yanında 1 dinarı, beş dirhəmi və bir çörəyi var idi. Hzərət Peyğəmbər (s) soruşur: "Ya Əli! Bu, nə haldır?". Deyir: "Ya Rəsulallah! Yoxsul sual verən zaman ürəyimdən keçirtdim ki, ona bir çörək verəm, yenə ürəyimdən keçirtdim ki, beş dirhəm verəm və sonra yenə ürəyimdən keçirtdim ki, bir dinar da verəm. İndi həya etdim ki, ürəyimdən keçirtdiklərimi etməyəm". Hzərət Peyğəmbər (s) buyurdu: "Əli (ə) kimi comərdi yoxdur".
İmam Sadiq (ə) bir nəfərdən soruşur: "Məgər bilmirsiniz ki, Əshabi-Kəhf - kamil insanlar idilər və Allah onları imanlarına görə cavan adlandırmışdı".
Beləliklə, deyə bilərik ki, Allahın nəzərində cavan o kəsdir ki, iman və təqvaya malik olar və İlahi bəndəlik yolunda irəliləyər. Nəinki zahirdə cavan görünər.


