Dini kitablarda bəzən “çahar-qül surələri” sözünə rast gəlinir - Bunlar hansı surələrdir?

Hit: 263
Dini kitablarda bəzən “çahar-qül surələri” sözünə rast gəlinir - Bunlar hansı surələrdir?

Bu ifadə adətən fars dilli dini ədəbiyyatlarda və ya fars dilindən edilən tərcümələrdə işlədilir. "Çahar" farsa "dörd" deməkdir. "Qül" isə ərəb dilində "de, söylə" mənasını verir. Qurani-kərimin son cüzündə yer almış surələrdən dördü "qül" kəlməsi ilə başlayır: "Kafirun" (109-cu surə), "İxlas" (112-ci surə), "Fələq" (113-cü surə) və "Nas" (114-cü surə). Bu dörd surəni birlikdə "çahar-qül" və ya "dörd-qül" adlandırırlar. Adətən, gözdəymədən xilas olmaq, xəstəlikdən şəfa tapmaq, çətin işləri həll etmək üçün bu dörd surəni oxuyur və ya yazıb üstlərində gəzdirirlər.









Redaktorun seçimi