Dindar kişinin həyat yoldaşı hicab bağlamırsa, kişi ona talaq verməlidirmi?

Hit: 353
Dindar kişinin həyat yoldaşı hicab bağlamırsa, kişi ona talaq verməlidirmi?

Hicab bağlamaq hər bir müsəlman qadının dini borcudur.

Qadın hicaba riayət etməməklə günah qazanır və əgər əri dindardırsa, buna görə arvadından narazı qalması da təbiidir.

Amma hicab bağlamamaq üstündə qadına talaq vermək onun dini borcu deyil və qadının hicab bağlamaması ona talaq vermək üçün vacib şərt ola bilməz.

Yaxşı olar ki, kişi mülayim yollarla, təbliğatla, başa salmaqla qadını hicaba dəvət etsin, hicabın vacibliyinə onu inandırsın.

Bunun üçün müəyyən həvəsləndirici əməllərdən - məsələn, hədiyyə almaq və s., həmçinin, bəzi yüngül tənbehlərdən istifadə etmək olar.









Redaktorun seçimi