“Rafizi” sözü kimlərə deyilir? Bu sözün mənası nədir?

38 dəfə oxunub
“Rafizi” sözü kimlərə deyilir? Bu sözün mənası nədir?

"Rafizi" sözünün ərəb dilindən tərcüməsi "kənarlaşmış, uzaqlaşmış, tərk edib getmış" mənalarını verir. Tarixi mənbələrdə deyilir ki, Əməvilərə qarşı üsyan qaldırmış Zeyd ibn Əli, onu tək buraxıb qaçan keçmiş tərəfdarları haqqında ilk dəfə bu ifadəni işlətmişdi. Sonralar şiələrə qarşı düşmən mövqedə duran təəssübkeş qüvvələr şiələri dindən azmış, əhli-sünnə əqidəsindən uzaqlaşmış mənasında bu ləqəblə çağırmağa başladılar. Bu günə kimi dini kitablarda şiələr "rafizi" adlandırılır. Hal-hazırda bu termin əsasən sələfi-vəhhabi mənbələrində işlədilir.

Faktor.az islam.az-a istinadən bildirir ki, şafii məzhəbinin banisi İmam Şafii şeirlə­rinin birində deyirdi: "Əgər Ali-Mühəmmədi sevmək rafizilikdirsə, qoy bütün insanlar və cinlər şahid olsun­lar ki, mən rafizi­yəm!" (Əs-Səvaiq­ül-mühriqə, səh. 117; Təfsirül-kəbir, XXVII, 167; Hilyətül-övliya, IX, 152-153; Əl-Füsulül-mühimmə, səh. 22; Yə­nabiül-məvəddə, III, 99, 138, 352 və s. mənbələr).



Redaktorun seçimi