Namazın salamları qibləyə sarı deyilməlidir yoxsa sağa və sola?

Hit: 268
Namazın salamları qibləyə sarı deyilməlidir yoxsa sağa və sola?

Əhli-sünnə məzhəbinə görə, namazın sonunda deyilən salamların sayı ikidir; bunların birincisi sağa dönərək, ikincisi isə sola dönərək deyilir. Salamları verdikdən sonra insan namazdan çıxmış sayılır. (Hənəfi məzhəbinə görə, hətta salamları deməsə də, namaz bitmiş olar. Bu halda namaz düzgündür, amma adam günahkar sayılır).

Şiə məzhəbinə görə, salam yalnız və yalnız qibləyə sarı verilməlidir. Təşəhhüddən sonra, salam verməzdən əvvəl qiblədən dönmək namazı batil edər. Namazın vacib salamını qibləyə sarı verdikdən sonra, müstəhəb əməl (təqibat) kimi sağa və sola da salam vermək olar.









Redaktorun seçimi