Həzrət Muhəmməd Peyğəmbərin mövlud gününün müstəhəb əməlləri hansılardır?

31 dəfə oxunub
Həzrət Muhəmməd Peyğəmbərin mövlud gününün müstəhəb əməlləri hansılardır?

Həmin gün qüsl almağın böyük savabı var. Mövlud günündə oruc tutmaq da müstəhəbdir. Hətta hədislərə görə, ən çox savaba səbəb olan və 60 ilin orucuna bərabər sayılan 4 müstəhəb orucdan biri də mövlud gününün orucudur. Həmin gün sübh vaxtı Günəş çıxarkən iki rükət müstəhəb namaz qılmaq da savabdır. Rükətlərin hər ikisində Fatihədən sonra 10 dəfə Qədr və 10 dəfə İxlas surələri oxunur.

Mövlud günündə Peyğəmbərin (s) və Həzrət Əlinin (ə) ziyarətnamələrini oxumaq (dua kitablarında bunlar yazılıb), sevinib şadlıq etmək, möminləri sevindirmək, bir-birini təbrik etmək də hədsiz savaba malikdir. Hər bir bayramda olduğu kimi bu gün də möminlər bir-birinun görüşünə gedir, qohumlara baş çəkir, ehtiyaclılara yardım göstərirlər.



Redaktorun seçimi