Deyirlər ki, İsa peyğəmbəri çarmıxa çəkib əziyyətlə öldürüblər...

Hit: 197
Deyirlər ki, İsa peyğəmbəri çarmıxa çəkib əziyyətlə öldürüblər...

Bu suala ən gözəl cavabı Quran verir. Belə ki, "Ali-İmran" surəsinin 54-55-ci ayələrində Allah Həzrət İsaya qarşı hazırlanmış hiylədən xəbərdar olduğundan  onu xilas etdiyini bildirir:

"Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir)".

"O vaxt Allah buyurdu: "Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!"

 İslam əqidəsinə əsasən Allah münafiqlərdən birini Həzrət İsanın surətində, peyğəmbərin yerinə öldürtdürür.

Bundan başqa Quranın "Nisa" surəsinin 157-158-ci ayələrində Allah buyurur:

"(Onların lənətə düçar olmalarının bir səbəbi də: ) "Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük", - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər".

"Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!"

Bu ayələrlə Allah izah edir ki, Həzrət İsa çarmıxa çəkilməyib, onun yerinə ölən isə o Həzrətə qarşı xəyanət edən münafiqlərdən biridir.









Redaktorun seçimi