Ayətullah kimlərə deyilir?

Hit: 330
Ayətullah kimlərə deyilir?

İslamda varlıq aləminin hər bir parçası Allahın qüdrətinin nişanəsi sayılır və "ayət" adlanır. Amma dini termin kimi, çox savadlı din alimlərinə "ayətullah" deyilir. Çünki onlar öz bilik¬ləri ilə Alahın dinini yayırlar, buna görə də Allahın varlığını sübut edən nişanə kimidirlər. İslam tarixində ayətullah ləqəbini ilk dəfə məşhur cəfəri müctəhidi Əllamə Hilliyə (XIII-XIV əsrlər) vermişlər. Uzun əsrlər boyunca bu ləqəbi yalnız ona aid edirdilər. Yalnız XIX əsrin sonlarından bəzi böyük alimlərə də ayətullah deməyə başladılar. Sonralar bu ləqəb sair müctəhidlərə də şamil olundu. Təqribən 60 il bundan əvvəl mərhum Seyid Hüseyn Birucerdini sair müctəhidlər¬dən fərqləndirmək üçün ona ayətullahül-üzma (böyük ayətullah) deməyə başladılar. O zamandan bəri müqəllidlərinin (təqlidçilərinin) sayının çoxluğu ilə seçilən müctəhidləri (mərceyi-təqlidləri) ayətullahül-üzma adlandırırlar. Ayətullah ləqəbi isə bundan bir qədər aşağı dərəcədə olan, amma şəriət elmləri sahəsində kifayət qədər bilik və təcrübə toplamış müctəhid¬lərə şamil olunur.









Redaktorun seçimi