Nəcasətin nəmlik vasitəsi ilə ötürülməsi silsilə şəklində neçə dəfə davam edə bilər?

Hit: 279
Nəcasətin nəmlik vasitəsi ilə ötürülməsi silsilə şəklində neçə dəfə davam edə bilər?
Nəcasət nəmlik vasitəsilə ötürülür. Biri nəcis, o biri pak olan iki əşya bir-birinə toxunanda onlardan biri ya hər ikisi nəm olsa, nəcasət pak olan əşyaya da keçəcək və onu murdar edəcək. Amma bu silsilə sonsuz deyil. Çünki əvvəla, nəcasət əşyadan əşyaya ötürülərkən azalır və itir. İkincisi, bu silsilə sonsuz olsaydı, nəcasəti paklamaq çox çətin olardı.
 
Bu barədə bəzi mərceyi-təqlidlərin fətvalarında məlumat verilir. Ayətullahül-üzma Sistaninin risaləsində 119-cu məsələdə deyilir: "Əgər pak bir şey, nəcis bir şeyə dəyərsə və onlardan biri və ya hər ikisi rütubətin bir-birinə keçəcəyi şəkildə yaş olarsa, pak olan şey də nəcis olar. Amma vasitələr çoxaldığı halda nəcis olmur. Məsələn: sağ əl sidik dəyməsi nəticəsində nəcis olarsa və təzə bir rütubətlə sol ələ dəyərsə, sol əl də nəcis olacaq. Sol əl quruduqdan sonra yenidən yaş olan bir paltara dəyərsə, o paltar da nəcis olur. Amma o paltar ayrı bir rütubətli şeyə dəyərsə, o şeyin nəcis olduğuna hökm edilməz. Əgər rütubət o birinə sirayət etməyəcək qədər az olsa, pak olan şey nəcisin eyninə dəysə belə, nəcis olmaz".
 
Ayətullahül-üzma Xameneyi bu məzmunlu suala belə cavab verib: "Vasitələr az olduqda üçünə qədər nəcis hökmündədir; dördüncü vasitədə və ondan sonrakılarda pak hökmündədir; baxmayaraq еhtiyati-müstəhəb ondan çəkinməkdir".








Redaktorun seçimi