Niyə Həzrət Əlinin oğlu Mühəmmədə “ibn Hənəfiyyə” deyirlər, ibn Əli demirlər?

37 dəfə oxunub
Niyə Həzrət Əlinin oğlu Mühəmmədə “ibn Hənəfiyyə” deyirlər, ibn Əli demirlər?

Muhəmməd ibn Hənəfiyyə İmam Əli ibn Əbu Talibin (ə) üçüncü oğludur, İmam Əlinin (ə) Bəni-Hənif qəbiləsindən olan Xovlə bint Cəfər ibn Qeys adlı qadınla izdivacından doğulmuşdur. Əbu Bəkrin xəlifəliyi zamanında müsəlman əsgərləri Bəni-Hənif qəbiləsi ilə döyüşüb onu məğlub etmiş, qadınları əsir tutub Mədinəyə gətirmişdilər.

Tarix kitablarında yazıldığına görə, Xovlə ilə bir çox adlı-sanlı müsəlmanlar evlənmək istəmişdilər. Lakin Xovlə onların heç birinin təklifini qəbul etməmiş və şərt qoymuşdu ki, hər kim onun doğum əhvalatının necə baş verdiyini təsvir edə bilsə, həmin şəxsə ərə gedəcək. Bu zaman İmam Əli (ə) Xovlənin anadan olduğu zaman hansı qəribə hadisələrin baş verdiyini söyləmiş və Xovlə onun həyat yoldaşı olmağa razılıq vermişdi. Bu izdivacın nəticəsində Muhəmməd doğulmuşdu. Anası Bəni-Hənif qəbiləsindən olduğu üçün ona "ibn Hənəfiyyə" (Hənifli qadının oğlu) ləqəbi ilə müraciət edirdilər.



Redaktorun seçimi