Avropalılar hansı smartfonları alırlar? - ən məhşur brendlərin top 5-liyi

Hit: 195
Avropalılar hansı smartfonları alırlar? - ən məhşur brendlərin top 5-liyi

CounterPoint araşdırma şirkəti, 2019-cu ilin ikinci rübü üzrə Mərkəzi və Şərqi Avropanın smartfonlar bazarı barədə hesabat dərc edib. Liderlər üçlüyünə Samsung, Huawei və Xiaomi daxildir.

Adıçəkilən brendlər son üç rübdür ki,eyni mövqedə qalırlar. 2019-cu ilin ikinci rübündə Mərkəzi və Şərqi Avropanın smartfonlar bazarının 40%-i Samsung-un payına düşüb. İkinci yerdə isə  Çinin Huawei brendinin smartfonları Honor-la birgə 20% bazar payı ilə qərar tutub. Amma Huawei-in payı birinci rübün 26% göstəricisi ilə müqayisədə kəskin azalıb. Qeyd edək ki, ABŞ-la Çin arasındakı ticarət müharibəsi şirkətin bu bölgədəki satışlarına öz təsirini göstərib.

Üçüncü yer Çinin Xiaomi brendinə məxsusdur. Onun payı 11% təşkil edir. Huawei-in bazar payının azalması Xiaomi-nin xeyrinə olub. Apple və Nokia isə müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşüblər.









Redaktorun seçimi