Yaxşı həyat yoldaşı seçməyin meyarı nədir?

Hit: 338
Yaxşı həyat yoldaşı seçməyin meyarı nədir?

Ailə həyatında düzgün seçim etmək - bütün ömür boyu xoşbəxt olmağın rəmzidir. Bəs seçim edən zaman nələrə diqqət etmək lazımdır?

1. Agahlıq. Seçim zamanı agah olmağın rolu çox böyükdür. Agahlıq olmadan seçim etmək olmaz. İnsan o zaman agah seçim edər ki, ilk əvvəl özünü yaxşı tanısın. Bilsin ki, hansı ehtiyacları vardır, gözləntiləri nədir və ailə həyatında hansı hədəflərə malikdir. Agah seçim edən insan qarşı tərəf haqqında da lazımi qədər məlumata malik olmalıdır.

2. Azad iradə. O zaman ki, seçim etmək zamanı gələr, bəzi amillər bizə təsir etməyə çalışar. Ailə həyatında seçim etməyi başqa bir misalla daha da açıqlayaq. Misal üçün, siz acsınız və axşamdan bəri heç nə yeməmisiniz. Restorana gedirsiniz və nə yeyəcəyinizi bilirsiniz. Sizə xidmət edən şəxs gəlir və siz həmin yeməyin adını demək istəyəndə, sizə yemək menyusunu təqdim edir. Deyir ki, bura baxıb seçim edəsiniz. Siz restorana gələn zaman kabab yemək istəyirdiniz, ancaq bu menyu sizə veriləndən sonra fikrinizi dəyişdirirsiniz və başqa bir yeməyin sorağına gedirsiniz. Heç bir insan ətrafında olanların təzyiqindən amanda deyildir. Ona görə də seçim edən zaman düzgün seçim edin. Qoymayın ki, ətrafdakılar seçiminizə səhv təsir qoysunlar.

3. Meyar. Hər bir seçimdə bir neçə meyar olmalıdır. Misal üçün, siz bir paltar almaq istəyən zaman bir neçə meyarla mağazaya daxil olursunuz. Hansı rəngdə olsun, hansı naxışda olsun... İnsan ailə qurmazdan əvvəl meyarlarını müəyyən edib, sonra seçim etməlidir. Meyarlarınızı qabaqcadan bilməyiniz sizə düzgün seçim etməkdə yardım edəcəkdir.

4. Məntiqin hakim olması. Düzgün seçim - o seçimdir ki, ağıl və məntiq üzərində olsun. İnsan həyəcanlarının məntiqinə və ağlına qalib gəlməsinə imkan verməməlidir. Məntiq sizə həmişə faydalı olanları təqdim edər. Ancaq həyəcanlı seçimlər çox zaman əleyhinizə nəticələnər. Sizə fayda vermək yerinə, ziyan vurar. Ona görə də seçim edən zaman məntiqli seçim edin.

 

5. Uzaqgörənlik. Etdiyiniz seçimə görə həmişə uzaqgörən olmağa çalışın. Misal üçün, siz gələcək övladlarınız üçün pul toplamaq istəyirsiniz. Bunun üçün qazancınızı aylıq xərclərə uyğun olaraq tənzimləyirsiniz. Çalışırsınız ki, lazımsız xərclərə yol verməyəsiniz. Məsələn, evə kolbasa və ya sosiska almadan daha çox pul toplamaq olar və siz daha çox qənaət edərsiniz. Ona görə də gələcəkdəki xərcləri nəzərə alaraq, həmin ət məhsullarını bir müddətə təxirə salırsınız. Ailə həyatında da insan seçim edən zaman bu insanla ömrünün sonuna qədər yaşaya biləcəyinə diqqət etməli və bu sahədə uzaqgörən olmalıdır.









Redaktorun seçimi