İlk vaxtlar uşaqları "kenquru"da 10-15 dəqiqədən çox saxlamaq məsləhət görülmür

48 dəfə oxunub
İlk vaxtlar uşaqları "kenquru"da 10-15 dəqiqədən çox saxlamaq məsləhət görülmür
Uşaqları özləri ilə gəzdirməyi sevən valideynlər bəzən onları qucaqlarında aparmağa çətinlik çəkirlər. Çox vaxt valideynlər uşaqları özləri ilə rahat gəzdirmək üçün "kenquru"lardan istifadə edirlər.
 
Müxtəlif forma və rənglərdə istehsal olunan "kenquru"lar təhlükəsizlik baxımından da əlverişlidir. Ailənin balaca sakinlərini "kenquru"larda gəzdirən valideynlər ondan düzgün istifadə qaydalarına əməl etməlidirlər. Kəmərlərin möhkəm bağlandığına, balacaların rahat şəkildə yerləşdiyinə əmin olandan sonra onların yola çıxmaları tövsiyə edilir.
 
Həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Kenquru"da uşaqların başlanğıcdan gün ərzində iki dəfə 10-15 dəqiqədən artıq qalması məsləhət deyil. Altı ayından etibarən isə onları yarım saata qədər saxlamaq mümkündür. "Kenquru"da olan balacaların onurğa sütununa yük düşməməsi üçün onların vəziyyətlərini tez-tez dəyişmək lazımdır. Artıq uşaq oturmağa başladıqda "kenquru"da daha çox saxlamaq olar, amma bu zaman yük onu saxlayan valideynin belinə düşəcək. "Kenquru" çəkisi 15 kiloqrama qədər olan balacaların gəzdirilməsi üçün nəzərdə tutulub".



Redaktorun seçimi