"Qarışqaları neçə çilik-çilik, yaxud xıncım-xıncım etmək olar?!” - Nəriman Qasımoğludan maraqlı açıqlamalar

17 dəfə oxunub
"Qarışqaları neçə çilik-çilik, yaxud xıncım-xıncım etmək olar?!” - Nəriman Qasımoğludan maraqlı açıqlamalar

Dinşünas alim Nəriman Qasımoğlu bildirdiyinə görə, Süleyman peyğəmbərə aid "OXU" qissəsində bir cümlə keçir. Dinşünas alim yeni tərcümə variantında cümləni hərfən belə verib: “Qarışqalar, girin yuvalarınıza, sizi xıncımlamasın Suleymanla ordusu özləri də duymadan” (27:18).

N.Qasımoğlu bununla diqqəti bu “xıncımlamasın”a yönəltmək istədiyini qeyd edib: "Ərəbcəsi “lə: yəhtımənnəkum”-dur. “Ha, ta və mim” kökündən düzəlmə bu feilin sadə şəkli “hatımə”-dir və bunun da mənası “sındırmaq”, “çilik-çilik etmək”, “xınclamaq”, “xıncımlamaq”dır. Əlbəttə, yalnız bərk maddəni, xüsusən də kristal maddəni “çılik-çilik”, bərk və yumşaq maddədən ibarət qarışıq materialı isə “xıncımlamaq” olar. Dünya dillərindəki bütün ənənəvi tərcümələrdə həmin feilə aid ifadə “sizi tapdaq altında əzməsin”, “məhv etməsin” kimi səsləndirilir. Başa düşüləndir. Çünki müəlliflər çaş-baş qalırlar ki, qarışqaları neçə çilik-çilik, yaxud xıncım-xıncım etmək olar?!”

N.Qasımoğluna görə, hərfi tərcümə isə maraqlı bir məqama işıq tutur. Bəllidir ki, qarışqaların, eləcə də bəzi digər onurğasızların daxili bədən skeleti yoxdur, xarici örtük qatı var. Elmi ədəbiyyatda buna ekzoskelet deyirlər. Qarışqaların ekzoskeleti də “kitin” adlanan bərk kristal maddədəndir, yəni bir növ şüşədəndir. “Tapdaq altında qalan qarışqanın daxili orqanları əzilir, ekzoskeleti isə çilik-çilik olur”- deyə dinşünas alim bildirib.

 

Səid ƏHMƏDLİ

 

 



Redaktorun seçimi