“Coğrafiya müəllimlərinin elektron resurslardan istifadə bacarıqlarının təkmilləşdirilməsi” layihəsi baş tutub - FOTOLAR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi” çərçivəsində İnformasiya Kommunikasiya Texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi müsabiqə mövzusu üzrə “Coğrafiya müəllimlərinin elektron resurslardan istifadə bacarıqlarının təkmilləşdirilməsi” layhəsi baş tutub.
Layihə rəhbəri, Ağdaş rayon Qaradeyin kənd Vidadi Əzizov adına tam orta məktəbin direktoru, coğrafiya üzrə fəlsəfə doktoru “Ən yaxşı müəllim”, “Elektron təhsil” respublika müsabiqəsinin qalibi Aqil Nadir oğlu İsayevdir,
Layihə Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Layihəsinin məqsədi Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarının ümumtəhsil məktəblərində çalışan coğrafiya müəllimlərinin elektron resuslardan istifadə bacarıqlarının təkmilləşdirilməsidir. Coğrafiya müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, inteqrativliyin təmin olnması və yeni təlim resurslarının coğrafiya fənninin tədrisində tətbiqi istiqamətlərinin təmin edilməsi də layhənin məqsədlərindəndir.
10.08.2019 cu il tarixində Ağdaş rayon Qaradeyin kənd Vidadi Əzizov adına tam orta məktəbində Layhənin təqdimatı oldu. Layhə rəhbəri tədbirə açılış sözü ilə başladı. Aqil İsayev layihənin həyata keçirilməsinin məqsədi, görüləcək işlər və gözlənilən nəticələr haqqında məlumat verdi.
14-19 avqust 2019-cu il tarixində Ucar şəhər 5 nömrəli tam orta məktəbində Ucar rayonunun, 21-26.08.2019 cu il tarixlərində isə Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbində Kürdəmir rayonunun, 27-31.08.2019 cu il tarixlərində Zərdab şəhər 3 nömrəli tam orta məktəbində Zərdab rayonunun, 03-07.09.2019 cu il tarixlərində Göyçay şəhər 6 nömrəli tam orta məktəbində Göyçay rayonunun ümumtəhsil məktəblərinin coğrafiya müəllimləri üçün layihənin icrası uğurla həyata keçirildi. Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarında keçirilən təlimlər nəticəsində iştirakçılar elektron xəritələrin hazırlanması və multimedia resurslarından tədrisdə istifadə bacarıqlarını təkmilləşdirdilər.
Təlimlərdə müəllimlərə coğrafiya fənninin tədrisində Coğrafi analizlərə, coğrafi proqnozlara və təhlilərə daha çox diqqət yetirilməsinin vacibliyi göstərildi. Bu istiqamətdə müəllimlərə müxtəlif metodlardan istifadə qaydaları izah edildi. Eyni zamanda Coğrafi İnformasiya Sistemlərinin komponentləri, Coğrafi Analiz Sistemlərinin faydaları, tətbiq sahələri, xəritənin ArcMap proqramına daxil edilməsi, xəritələrin hazırlanmasında şərti işarələrdən istifadə, sahə və məsafələrin təyini, coğrafi məlumat toplama üsulları, coğrafi verilənlərin həndəsi sinifləri, elektron xəritələrin tədrisdə istifadə edilməsinin metodikası müəllimlərə izah olundu. 2D və 3D ölçülü xəritələrin fərqli xüsusiyyətləri, fəal dərslərin qurulmasında və inteqrativliyin təmin edilməsində elektron resursların üstünlükləri praktiki olaraq göstərildi, qeyd edilən resurslardan istifadə qaydaları müəllimlərə öyrədildi. Təlimdə istifadə olunan videoresurslardan dərsin müxtəlif mərhələlərində istifadə qaydaları izah edildi. Layhənin iştirakçılarına Coğrafi İnformasiya Sistemləri və Coğrafi Analiz Sistemləri haqqında vəsaitlər paylanıldı. Eyni zamanda müəllimlərə elektron xəritələr təqdim edildi və coğrafiyanın tədrisində istifadə qaydaları öyrədildi.
Layhənin icrasında iştirak edənlər.
Vəsaitin Elmi redaktoru: akademik Ramiz Mahmud oğlu Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru.
Təlimçi:: Yaşar Əli oğlu Nəsibov, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geoinformatika və kartoqrafiya şöbəsinin əməkdaşı.
Təlimçi: Emil Akif oğlu Cəbrayılov, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi.
Təlimçi: Camal Saməddin oğlu Bərxudarov, Yevlax rayonu Yuxarı Qarxun kənd tam orta məktəbin d/m, coğrafiya müəllimi.
Ekspert: c.ü.f.d., dosent, Qalib İsak oğlu Rüstəmov, AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi.
Hesab edirəm ki, bu layihə təhsilimizin davamlı inkişafının təmin olunmasına öz müsbət töhvəsini verəcək.


