Yeni "iPad" barmaq izlərini tanıyacaq

17 dəfə oxunub
Yeni "iPad" barmaq izlərini tanıyacaq

"Apple" şirkəti 7-ci nəsil "iPad" planşetlərini təqdim edib.

"RİA Novosti" xəbər verir ki, "iPad" 10,2 düym ölçüsündə "Retiran" ekranı ilə təchiz edilib.

Şirkət nümayəndəsinin dediyinə görə, "A10 Fusion" prosesorunun köməyi ilə yeni "iPad" əvvəlki modellərdən 2 dəfə cəld işləyəcək.

Yeni "iPad" həmçinin barmaq izini də tanıyacaq.

Yeni "iPad"ları sentyabrın 30-dan açıq satışda əldə etmək olar. Planşetlərin ilkin qiyməti 329 dollar (560 manat) olacaq.



Redaktorun seçimi