Redmi Note 8 və Redmi Note 8 Pro satışa çıxarılır

15 dəfə oxunub
Redmi Note 8 və Redmi Note 8 Pro satışa çıxarılır

Çin brendi Redmi yaxınlarda ictimaiyyət qarşısında detalları açıqlanan Redmi Note 8 və Redmi Note 8 Pro flaqman smartfonlarının satışa daxil olduğunu xəbər verib.

Hələlik cihazlar yalnız Çin üçün əlçatan olsa da, bu ayın sonuna qədər qlobal bazarda satışa başlanacaq. Redmi Note 8 və Redmi Note 8 Pro, səkkiz nüvəli prosessorlar, eləcə də müxtəlif komplektləşmədə 4-dən 8 GB-dək RAM alıb. Bundan əlavə, Redmi Note 8 6,3 düym ekrana və dörd obyektivli kameraya malikdir.

Yüksək avtonomluq 4000 mAs batareya ilə təmin edilir. İstehsalçı cihazların əlçatan kateqoriyaya aid olduğunu göstərib. Yeniliyin qiyməti 140 dollardan başlayacaq.



Redaktorun seçimi