Vulkanın yaratdığı və girişi qadağan olan ada ilə bağlı maraqlı FAKTLAR

Dünya sirlərlə, kəşf ediləcək yerlərlə doludur. İnsanlara isə bu yerləri kəşf etmək, həmin məkanları araşdırmaq qalır.
Bu cür maraqlı yerlərdən biri də Surtsey adasıdır.
İslandiyanın cənub sahillərindən təqribən 32 km məsafədə yerləşən Surtsey adası, 1963-cü ildə 130 metr dərinlikdə okean qatından başlayan vulkan püskürmələri nəticəsində yaranıb.
14 noyabr 1963-cü ildə püskürmə başlayanda adanın ölçüsü, səthinin sahəsi 2,7 km² oldu. Külək və dalğa nəticəsində adanın ölçüsü 2002-ci ilə kimi 1.4 km² oldu.
Ancaq adanın bu qədər önəmli olmasına səbəb vulkan püskürməsi deyil. Bunun səbəbi, adanın heç bir insanın müdaxiləsi olmadan öz ekosistemini yaratmasıdır.
1965-ci ildə böyük bir vulkanik ərazidə yosunların əmələ gəlməsi həyatın ilk əlamətləri idi. Biologiya və təbiət tədqiqatları üçün çox əlverişli bir ada olan Surtsey, 1965-ci ildə vulkanik hərəkatlar davam edərkən təbii bir qoruq elan edildi və yalnız bir neçə alimin girməsinə icazə verildi. Bu gün adaya yalnız bir neçə elm adamı girə bilər, buna görə Surtsey dünyadakı girişi qadağan olan azsaylı təbii ərazilərdən biridir.
Bütün elm adamları adaya girməzdən əvvəl hərtərəfli müayinədən keçirlər, heç bir toxumun adaya girməməsi çox vacibdir.
Ada ilə əlaqəli ən maraqlı iddialardan biri də alimlərin adadan çıxarkən fərq etdikləri böyüyən pomidordur. Yosunlar insanın müdaxiləsi olmadan adada böyüyən ilk bitki idi. Fulmar və guillemot adlı iki qağayı növü də adanın ilk canlıları sayılır. Hazırda adada bir çox quş növü də yaşayır.
2008-ci ildə Surtsey YUNESKO-nun Dünya İrsi Siyahısına daxil oldu və Dünya İrsi Mirası elan edildi. Nə vaxtsa, insanların adaya getməsinə icazə verilməsi hələlik sual altındadır.


