Google yeni loqolarını tətbiq etməyə başlayıb

16 dəfə oxunub
Google yeni loqolarını tətbiq etməyə başlayıb

Google şirkəti öz platformalarının rebrendinqini davam etdirib. Bu dəfə yeni loqotipləri Android TV, Android Auto və Android One platformaları alıb.

Faktor.az ted.az-a istinadən bildirir ki, ötən ay Google rəsmi olaraq Android əməliyyat sistemi üçün yeni logo və ad sxemi buraxmış, rebrendinq çərçivəsində rəng sxemi, şrift və buna bənzər "xırda amillər" dəyişilmişdi.

Android TV və Android Autonun yox olmuş yaşıl rəng və yeni şriftləri də nəzərə alınmaqla, loqotiplər kiçik dəyişikliklərə məruz qalıblar. Android One loqosunda dəyişikliklər daha kardinal və diqqətəlayiqdir.

Yeni loqotipləri artıq hər bir platformanın rəsmi saytlarında tapmaq mümkündür. Yenilənmələrə çox yaxın zamanda başlanacaq. 



Redaktorun seçimi