Yeni IPhone SE modelinin özəllikləri təqdim olundu

22 dəfə oxunub
Yeni IPhone SE modelinin özəllikləri təqdim olundu

Apple üzümüzə gələn həftə yeni iPhone ailəsini tanıdacaq. Hərkəsin iPhone 11-i maraqla gözlədiyi anda, Apple-dan iPhone SE ilə bağlı açıqlama gəldi.

Bu yeni model 2017-ci ildə Apple tərəfindən buraxılmış 4.7 düymlük ekranı olan iPhone 8-ə bənzəyəcək. Bəzi mənbələrə görə, smartfonda LCD displey və Apple-ın flaqmanlarında olan digər komponentlər yer alacaq. Telefonun bir obyektivli arxa kamerası və 128 GB yaddaşa sahib olması da çox danışılan mövzulardan biridir. 

Qeyd edək ki, bu rəqəm tam dəqiq olmasa da, telefonun qiymətinin 299 dollar olacağı deyilir.



Redaktorun seçimi