Sony'nin Xperia 5 adlı smartfonunun fotosu ortaya çıxdı

22 dəfə oxunub
Sony'nin Xperia 5 adlı smartfonunun fotosu ortaya çıxdı
Sony şirkətinin IFA 2019 sərgisindəki təqdimatına az müddət qalmış internetdə şirkətin həmin təqdimat tədbirinə hazırlıq prosesindən foto yayılıb. Ortaya çıxmış foto Sony şirkətinin yeni smartfon modelinin dizaynını və adını əks etdirib. Yeni smartfon modeli Xperia seriyasının ən kompakt modeli olacaq. Bu barədə Androidauthority saytı xəbər verib.
 
Faktor.az technote.az-a istinadən bildirir ki, şirkətin yeni smartfonu Xperia 5 adını əldə edəcək. Halbuki daha öncəki məlumat sızıntılarında qeyd olunmuşdu ki, smartfon Xperia 2 adlanacaq. Məlumata əsasən yeni Xperia modeli 21:9 nisbətli 6.1 düym ekran ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ilin əvvəlində təqdim edilmiş Xperia 1 modeli 6.5 düym ekrana sahibdir.



Redaktorun seçimi