Vinkelmann Bugatti markasının krossover hazırladığını təsdiq edib

27 dəfə oxunub
Vinkelmann Bugatti markasının krossover hazırladığını təsdiq edib

Bugatti şirkətinin krossover hazırlamaq planlarının olduğunu və bu işə Xorvatiyanın Rimac şirkətini də cəlb edə biləcəyi barədə xəbər vermişik. Bu günlərdə fransız markasının rəhbəri Stefan Vinkelman bu məsələyə müəyyən qədər aydınlıq gətirib.

Faktor.az autograph.az-a istinadən bildirir ki, Automobile Magazine nəşri ilə müsahibəsində Vinkelmann krossoverin dizaynın tam hazır olduğunu bildirib. Yüksək vəzifəli menecer hətta dizaynın bir neçə potenisal müştəriyə nümayiş etdirildiyini və onlar tərəfindən bəyənildiyini də bildirib. Eyni zamanda, Vinkelmann Volfsburqdakı bir neçə nüfuzlu şəxsin də krossoverin buraxılmasına müsbət yanaşdığını qeyd edib.

Buna baxmayaraq, Bugatti markasından olan krossoverin buraxılacağı məsələsi qeyri-müəyyənlik daşıyır. Hələik, bu layihəni həyata keçirmək üçün büdcə ayrılmayıb. Müvafiq olaraq, layihəyəyə "yaşıl işıq" da yandırılmayıb.

Eyni zamanda, marka rəhbəri krossoverin seçiminə də aydınlıq gətirib. "Krossoverlərə olan tələbat böyükdür. Bu günə qədər heç kim lyuks seqmentindən olan güclü və dəbdəbəli krossover təklif etməyir. Biz 2011-ci ildə Galibier konseptini hazırlayaraq, portfoliomuzda superdəbdəbəli sedana yer olacağını göstərmişdik, - Vinkelman bildirib. - Lakin, vaxt ötüb və mən sedanın kommersiya cəhətdən effektiv olacağına skeptik yanaşıram. Sonunda, biz ildə 100 avtomobilin deyil, 600-800 ədəd arasında avtomobilin satışdan danışrıq".

Bununla belə, krossover Bugatti həvəskarlarını gözləyən yeganə xəbər deyil. Fransız markasının Chiron hiperkarının daha ekstremal versiyasını hazırlamaq planları da mövcuddur - qarşıda duran məsələ 500 km/saat həddini aşan hiperkar hazırlamaqdır. Vinkelmann bu məsələnin hələ də aktual olduğunu söyləyib. O, müvafiq şinlərin təklif edilməsi və ya bu layihəyə qoyulan sərmayənin qayıtma şansının yüksək olması halında, bu məsələyə qayıdacaqlarını söyləyib. Eyni zamanda, top-menecer əlavə gücü əldə etmək  üçün elektrikləşmədən yaralanmağı nəzərdə tutmadıqlarını da bildirib.

 

Vinkelman Chiron modelinin müxtəlif variasiyalar ilə uzun müddət istehsal ediləcəyini də söyləyib. O, açıq kuzovlu Chiron modelinin buraxılacağını da istisna etməyib.



Redaktorun seçimi