Həyat yoldaşının libasa bənzədilməsindəki zərif nöqtələr

Hit: 288
Həyat yoldaşının libasa bənzədilməsindəki zərif nöqtələr
Qurani-Kərimdə buyurulur: "Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız". ("Bəqərə" 187).
 
Həyat yoldaşlarının libasa bənzədilməsində, zərif və incə nöqtələr gizlənmişdir ki, onlarla tanış olaq:
 
1. Paltar gərək rənginə və materialına görə insanın bədəninə uyğun olsun. Həyat yoldaşı da gərək qarşı tərəflə eyni səviyyədə olsun və fikirləri, şəxsiyyətləti bir-birinə uyğun olsun.
 
2. Paltar insana zinət verər və bəzəyər. Həyat yoldaşı və uşaqlar da ailənin zinəti və bəzəyidirlər.
 
3. Paltar insanın eybini örtər. Ərlə-arvad da gərək bir-birinin eybini örtsünlər.
 
4. Paltar insanı soyuqdan və istidən qoruyar. Xanımlar ailəni hər bir ziyandan qoruyar və ailə ocağını isti saxlayar.

5. Paltar insanın məhrəmidir. Paltar olmazsa, insan rüsvay olar. Həyat yoldaşı da insanın məhrəmidir. Həyat yoldaşı insanı rüsvayçılıqdan və pis yoldan qoruyar.

6. Soyuq havada qalın və isti havada nazik paltardan istifadə edərlər. Hər bir həyat yoldaşı da əxlaq və rəftarını qarşı tərəfin ruhi ehtiyacına əsasən tənzim etməlidir. Əgər kişi əsəbidirsə, qadın gərək yumşaqlıq göstərsin. Əgər qadın yorğundursa, kişi gərək onunla mehriban olsun.

7. İnsan gərək paltarını çirklənməkdən qorusun. Həyat yoldaşlarının da hər biri gərək qarşı tərəfi günaha batmaqdan qorusun. 

 









Redaktorun seçimi