Qədir-Xum hadisəsini hansı səhabələr rəvayət etmişlər?

Hit: 547
Qədir-Xum hadisəsini hansı səhabələr rəvayət etmişlər?

Cənubi Azərbaycan əsilli alim Əllamə Əmini özünün "əl-Qədir" kitabında Qədir-Xum hadisəsinin ən geniş təsvirini vermişdir. Bu əsərdə Qədir-Xum hadisəsi 110 nəfər səhabədən, 84 nəfər tabeindən və hicri II-XIV əsrlərdə yaşamış 360 alimin kitabından nəql edilir. Kitabda Qədir-Xum mövzusuna həsr edilmiş ən gözəl şeir nümunələri də toplanıb.

Qədir-Xum hadisəsini rəvayət etmiş səhabələrin sırasında əşəreyi-mübəşşərəyə (əhli-sünnə əqidəsinə görə, Peyğəmbərin cənnətlə müjdələdiyi 10 nəfərə) aid olan 10 məşhur səhabə (Əbubəkr, Ömər, Osman, Əli, Zübeyr, Təlhə, Əbdürrəhman ibn Avf, Səd ibn Əbu Vəqqas, Əbu Übeydə ibn Cərrah və Səid ibn Zeyd), eləcə də, Abbas ibn Əbdülmüttəlib, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Əmmar ibn Yasir, Əbuzər, Salmani-farsi, Xüzeymə ibn Sabit, Əbu Əyyub Ənsari, Abdullah ibn Ömər, Bəra ibn Azib, Zeyd ibn Sabit, Əbu Səid Xüdri, Miqdad, Əbu Hüreyrə, Cabir ibn Abdullah, Zeyd ibn Ərqəm, Ənəs ibn Malik, Üsamə ibn Zeyd, Həzrət Fatimə, ümmül-möminin Aişə, Ümmi-Sələmə, Əsma bint Ümeys və başqaları vardır.









Redaktorun seçimi