Bugatti hiperkarının eskizi peyda olub

Hit: 316
Bugatti hiperkarının eskizi peyda olub
Bu günlərdə İnternet şəbəkəsində yeni Bugatti superkarının ehtimal edilən eskizləri peyda olub. Superkar Bugatti EB110 S klassik sportkarının motivləri əsasında yaradılacaqdır. Anonim mənbələr superkarın 18 avqust tarixində Pebbl-Biçdə nümayiş etdiriləcəyini iddia ediblər.
 
Faktor.az autograph.az-a istinadən bildirir ki, hiperkarın eskizini Auto Motor und Sport nəşri dərc edib. Dərgi eskizin tədbir iştirakçılarına göndərilən dəvətnaməyə əlavə edildiyini bildirib. Yeni hiperkar barədə məlumat verilməyib. Böyük ehtimalla, bu hiperkar Chiron modelinin bazasında hazırlanacaqdır. Yeni model nalşəkilli radiator barmaqlığına və ön tərəflərdəki S-şəkilli kəsiklərə malik olacaqdır. Çox güman ki, bu kəsiklərdə LED fənərlər yerləşdiriləcəkdir. Eskizdə iri antiqanad da nəzərə çarpır.








Redaktorun seçimi