Suya baş vurmaq nəyə səbəb olur?

Hit: 352
Suya baş vurmaq nəyə səbəb olur?

Yay mövsümündə dənizə, hovuzlara üz tutanlar çoxdur. Üzmək, suda müxtəlif hərəkətlər etməyi bütün tibb mütəxəssisləri tövsiyə edir. Üzgüçülük ən faydalı idman sayılır.

Amma dənizdə, suda birdən-birə çox qalmaq, eləcə də bəzi hərəkətləri naşılıqla etmək bir çox fəsadlara səbəb olur. Onlardan biri də suya dalmaq, suya tullanmaq, dənizin, hovuzun dərinliyinə baş vurmaq sayılır.

Faktor.az e-tibb.az-a istinadən bildirir ki, bu, başqa travmalarla yanaşı qulaqlarda da problemlərə səbəb olur.

Qulaq, burun, boğaz. Baş və boyun cərrahlı, uzman həkim Elnur Əkbərov suya baş vurmağın qulaqlarda yaratdığı fəsadlar barədə danışarkən deyib ki, ətraf aləmin, təbiətin bizə göstərdiyi atmosfer təzyiqi şərti olaraq 1 kimi qəbul olunub. Biz yer səthindən yüksələndə, yaxud enəndə atmosfer təzyiqi dəyişikliyə məruz qalır. Suya daldığımız zaman hər 10 metrə üçün atmosfer təzyiqi bir vahid dəyişir. Suya dalanda ilk 10 metrədək təbil pərdələri və xarici qulaq keçəcəyinə göstərilən təzyiq əhəmiyyətli fərq göstərmədiyi təqdirdə, 10 metrdən dərin olanda bu təzyiq fərqi hər 10 metrdən bir 1 vahid yüksəlir.

Həkim deyib ki, atmosfer təzyiqi yüksələn zaman dalğıclar, professionallar xüsusi manevrlər həyata keçirirlər ki, orta qulaqla xarici mühit, yəni onları əhatə edən suyun arasındakı atmosfer təzyiqi fərqini bərabərləşdirsinlər. Belə bir manevr həyata keçirməyəndə orta qulaq boşluğu ilə ətraf mühit arasında təzyiq fərqi yaranır. Bu təzyiq fərqi 100 ml civə sütununu aşanda anda təbil pərdəsinin yırtılması baş verə bilər. Təbil pərdəsinin yırtılması su kütləsinin orta qulağa dolması ilə müşahidə olunur. Bu da gələcəkdə orta otitlərin yaranmasında təkanverici rol oynayır...

 








Redaktorun seçimi