Rus qadınlar niyə gözəldir? - İlginc faktlar

Hit: 738
Rus qadınlar niyə gözəldir? - İlginc faktlar

Dünyada yaşayan qadınlar arasında rus qadınlar öz gözəllikləri ilə xüsusi yer tutur. Bəs rus qadınları niyə bu qədər gözəldir? Üstəgəl, illər keçdikcə bu gözəlliyi itirdikləri deyilir.

Əksəriyyətimizi düşündürən sualını cavabları...

Faktor.az Teleqraf.com-a istinadən Rusiyada yaşayan qadınlar haqda maraqlı məlumatları təqdim edir.

Yazıçı Dostoyevski "Karamazov qardaşları"nda Qruşenkanın simasında rus qadınları belə təsvir edir:

"Son dərəcə gözəldir, əksəriyyətin qarşısında səcdə etdiyi rus gözəlliyinə sahibdir. Bu bədənin indidən bir azdan Venera Miloya çevriləcəyi bəlli idi. Gözəllik mütəxəssisləri Qruşenkaya baxaraq, bu günki təravətli gözəlliyinin yaşı otuza çatanda öz ahəngini itirəcəyini, bədəninin sallanacağını, gözlərinin altının, alnının sürətlə qırışacağını, üz rənginin kobudlaşaraq, bəlkə də bənövşəyiyə çalacağını indidən deyə bilərdilər. Qısacası, bu gəlib-keçicidir, rus qadınlarına xas gözəllikdir".

Coğrafiya faktoru

Soyuq bölgələrdə yaşayanlar normal Günəş istiliyi qəbul edə bilmədiyi üçün dərilərinin rəngi ağarır, gözləri daha çox işıq qəbul edə bilməsi üçün rəngli olur, burun istilik itkisini azaltmaq üçün incəlir. Yəni, son nəticədə qüsursuza yaxın bir sima əmələ gəlir.

İkinci Dünya Müharibəsi faktoru

Müharibədə 20 milyon insanı qurban verən SSRİ-nin itkilərinin əksəriyyəti kişi idi. Nəticədə ittifaq ərazisində kişilərin sayı azaldı. İddiaya görə, müharibədən sonra kişilər də çoxlu sayda qadın arasında ən gözəllərini seçmə və onlarla evlənmə, yaxud sevgili olma şansı əldə etdi. Nəticə olaraq da, bədən və sima olaraq gözəl bir nəsil yarandı.

Stalinin irqçi siyasəti

Bir iddiaya görə, Stalin rusları gözəlləşdirmək üçün gözəl qızları və yaraşıqlı kişiləri seçərək cinsi əlaqədə olmağa məcbur edib. İnandırıcı iddia olmasa da, o dönəmin ağır şərtləri daxilində bundan da absurd görünən qərarlar icra olunmuşdu.

Digər faktorlar

Rusiyada qadın gözəlliyinin ən önəmli ünsürlərindən biri saçlardır. Dikdaban ayaqqabılar, aksesuarlar, çantalar, düz ayaqlar, dəbli libaslar rus qadınları diqqətə gətirən əsas amillər arasındadır.

Rus qadınlarına görə, zərif bir qadın alt paltarının görünməsinə icazə verməz, bu səbəbdən də alt paltarı geyinməmək kənardan görünən büstqalter asqısı və dikiş yerlərindən daha yaxşıdır. Habelə yaxşı bir görünüş üçün bahalı görünən ucuz libaslara üstünlük verilə bilər, lakin ən uyğun rəngə üstünlük verirlər. Doğru rəng seçimi rus qadınlarının libaslarında ən çox diqqət etdiyi məsələlər arasındadır.

Rus qadınların kişilərə münasibəti

Terapevt Vladislav Çubarova görə, 1990-2000-ci illər arasında feminist dünyagörüşün yüksəliş keçirdiyi Rusiyada bu gün qadınlar kişilərin sayğısızlığı və cinsiyyətçi davranışlarından şikayət etsə də, gender bərabərliyindən yana deyillər. Ənənəvi yanaşma qalsa da, özləri üçün bir az daha çoxunu istəyirlər. Məsələn, bir kişinin bir qadının paltosunu geyinməsinə kömək etməsi və qapını ondan qabaq açması kimi...

Rus qadınların özlərini bir heyranlıq ikonası kimi qəbul etdiklərini bildirən Çubarov qeyd edir ki, rus qadınlar kişilərdən qeyd-şərtsiz onlara heyran olmasını istəyir.

Psixoloq Qalenə görə, rus qadınlar üçün bir kişinin cibinin doluluğu yox, gələcək hədəfləri önəmlidir:

"Bir kişinin maddi vəziyyəti indiki vaxt üçün yox, gələcək üçün önəmlidir. Ən önəmlisi isə pul qazanmaq istəyinin olması və qazanılan pulun məntiqlə xərclənməsidir".









Redaktorun seçimi