Müasir insanı necə köləyə çevirirlər?

Hit: 535
Müasir insanı necə köləyə çevirirlər?

 

  1. İNSANLAR UZAQDAN İDARƏ OLUNUR
  2. İNSAN ZEHNİNİN XƏRİTƏSİNİ ÇIXARIRLAR
  3. İNSANLARIN FİKİRLƏRİNİ VƏ HƏRƏKƏTLƏRİNİ İZLƏMƏK ÇƏTİN DEYİL

 

Amerikanın Milli Steparat Təşkilatının elektromanyetik dalğalar vasitəsi ilə dünyadakı hər kəsin düşüncəsini , hərəkətlərini izləyib kontrol edə bildiyi haqqındakı bilgilər hələ keçən əsrin sonlarında günəmdə idi.

Con St. Clair Akşel 1996-cı ildə Amerika Milli Təhlükəsizlik İdairəsini (NASA) məhgəməyə verdi. Akşel NASA-nın onu davamlı şəkildə izlədiyini və hərəkətlərini kontrol etdiyini iddia etdi. Akşel məhgəməyə bu iddialarını dəstəkləyən yüzlərlə səhifədən ibarət sübutlar təqdim etmişdir. Son 10-20 ildə bu cür faktlar minlərcədir ki, öz üzərində kənar müdaxilələri hiss və dərk edən insanlar öz hüquqlarından istifadə edərək, məhgəmələrə və əlaqədar təşkilatlara müraciətlərini edirlər.

Iddia edildiyinə görə NASA çox inkişaf etmiş sistemləri və texnalogiyaları vasitəsi ilə elektromanyetik sahələrdən istifadə edərək istədiyi adamı dünyanın hər yerində izləyə bilir, hətta elektrik dalğaları yollayaraq adamın uzaqdan uzağa fikirlərini və hərəkətlərini kontrol altın alır. NASA-nın  “ siqnal istehbaratı” adını verdiyi bu sistemi, dünyadakı elektrik yüklənmiş hər şeyin  ətrafında bir maqnit sahəsinin olduğunu və bu sahələrin elektromaqnit dalğalar yaydığı nəzəriyyəsinə  əsaslanır. İnkişaf etdirilən rəqəmsəl sistemlərlə elektrik yüklənmiş bütün varlıqları harda olursa olsun, bu sistemlə asanlıqla izləmək mümkündür.

NASA-nın kompüterlərinə,  hədəfin dalğa ölçüsü girildiyi andan etibarən kompüterlər uydu vasitəsi ilə 24 saat o adamı izləyirlər.

Gizli mərkəzlərdə sürdürülən  bu faliyyətlərin gizli saxlanılması  və güvənliyə alınması məsələsi  Beynəlxalq Güvənlik anlaşmalarına  görə, qorunma altına alınmış vəziyyətindədir.

Bilgisayarlar vasitəsi ilə şübhəli bildikləri adamda elektrikli hərəkətləri analiz edən NASA, adamın beyin xəritəsini çıxararaq düşüncələrini olduqca rahat şəkildə oxumağı bacarırlar. Danışıq Mərkəzində elektrik axımının analizi sayəsində əsas hədəf mərkəz tərəfindən seçilmiş adamın sözləri belə təsbit edilə bilinir, görmə mərkəzinin analizləri sayəsində həmən adamın gördüklərinə çatmaq mümkün olur.

Bu sistemin gücü sayəsində NASA hədəf kimi seçdiyi, təyin elədiyi adamın beyninə yolladığı siqnallarla adamın hərəkətlərini də kontrol edə bilir. Hədəfin beynindəki müxtəlif mərkəzlərə göndərilən elektromanyetik siqnallarla adamın görmə, eşitmə, qoxulama, hərəkət etmə kimi hər cür duyğu və davranışlarını təsir altına alır və istədiyi kimi yönləndirməyi bacarır. Bir sözlə , adamın başına bu qədər oyun açıldıqdan sonra artıq bir robota çevrilməyi şəksizdir.

Bir məsələni də vurğulayım ki, elektromanyetik dalğa frekansı hər bir insanda müxtəlif olduğu üçün, nəzərdə tutularaq bir adama göndərilən görüntü, səs və buna oxşar şeyləri başqa insanların hiss etməsi heç cürə mümkün deyildir. Göndərilən siqnallar vasitəsi ilə müəyyən olunmuş, seçilmiş adam  başqalarının duymadığı səsləri duya bilir, ya da göndərilən görüntüləri görə bilir. Bu yolla NASA dünyada istədiyi adama istədiyi işi heç bir şahit gətirmədən, iz buraxmadan gördürə bilir. İndi bu gerçəklər varkən, demokratiyadan, azadlıqdan, insanlıqdan, bəşəriyyətin taleyindən danışan bu mərkəzlərin insanlıq üzərində sınaqdan keçirib birbaşa icraya qoyulduqları bu əməllərinin adı nədir? Heç Çingiz Aytmatovun “Gün var əsrə bərabər” adlı əsərində bir zamanlar dünyanın sorunu, problemi kimi ortaya qoyduğu MANQURTLUQ  da bu qədər qorxunc olmamışdır.

Bu söylədiklərim faktlar olacaq kimi deyil, artıq insanlıq üzərində sınaqdan bütün təcrübələriylə keçirilmiş bir hadisədir. Bəzilərinə bu söylənilən və yazılanlar nağıl kimi, mif kimi gəlir. Hətta elə elm adamalrı var ki, kimlərinsə, hansısa təşkilat və yüksək qurumların bu qədər qorxunc bir hərəkəti insanların üzərində işə salmasına inana bilir. Ancak kimlərinsə inanıb inanmamasından asılı olmayaraq, bu reallıqlar təəssüf ki, yaşadığımız günlərdə bütün gücüylə bizi qarabaqara izləməyindədir. Bizlər istəsək də,  bu reallığın vəhşi caynağından qopub qurtula bilmərik.

Yuxarıda söylədiklərimizi təsdiq edən dünyada, o cümlədən Amerikada və Avropada  yüzlərlə kitablar, çalışmalar mövcuddur. Bu kitablarda yer alan bilgilər, iddialar sənədlərlə, sübutlarla ortaya qoyulub isbatını tapmşdır. Yəni demək istəyirəm ki, mövzumuzun cəgfəngiyyat olduğunu hələ də zənn edənlər, oxumuş çobanlar vardır. Bu gün insanlar üzərində  elə mexanizmlər işə salınır və slınıb ki, bəlkə də beyin kontorlu dediyim nəzəriyyə onun yanında gülməli görsənir.

Birmənalı şəkildə bilmk, anlamaq, dərk etmək lazımdır ki, bu dünyada artıq azad, özgür, müstəqil, sərbəst insan qavramı, anlayışı yoxdur. Varsa da, olduqca gülməlidir. Bu gün gerçəkdən  Azadlıq, Özgürlük, Müstəqillik kimi ifadələr, sözlər, qavramlar gülüş və məzə hədəfindən başqa heç bir işə yaramır. Bu ifadələr bizim bildiyimiz anlamların dışında başqa bir mənaların ağuşuna yuvarlanmalı oldular.

Bütün bunlar ona görə tətbiq edilir ki, bəziləri insanlıq, kütlə üzərində təsirli olsun, özünün məqsəd və arzularını bəşəriyyət üzərindən daha rahat və maneəsiz həyata keçirə bilsin deyə.

Zehnin idarə olunması məsələsi sözsüz ki, yeni bir versiya deyil. Neçə min il əvvəldən heç bir texnalogiya istifadə etmədən bəzi insanlar bu işi kimsənin şəxsiyyətinə və sağlığına zərər gətirmədən görə bilirdilər. Təriqətlərdəki şeyxlərin, mürşidlərin, övliyaların öz mürit və dərvişləri ilə “rabitə” deyilən üsuldan istifadə edib olduqca uzaq məsafələrdən əlaqə yaratmaları elə də anlaşılmayan, dərk olunmayan bir məsələ olmayıb və bu gerçəklər indi də var. Sadəcə zehinin idarə olunması insanlıq adına olduqca qorxunc bir vəziyyətdir. Bəşəriyyət bu şər-şeytan əməlindən tezliklə qurtulmağın yolunu aramalıdır.

Xanəmir Telmanoğu

 









Redaktorun seçimi