Paketdə qayğanaq bişir - Daha qabarıq, daha zərif

Hit: 271
Paketdə qayğanaq bişir - Daha qabarıq, daha zərif
Səhər yeməyi üçün omleti tavada hazırlayanda yumurta yapıxır, nazik çıxır. Amma paketdə ( qida üçün termopaket) hazırlanan omlet daha qabarıq, hündür, zərif, sız, doyumlu alınır. Beləcə, az yumurtadan daha böyük omlet çıxır.
 
Faktor.az medicina.az-a istinadən paketdə və ya bankada hazırlanan fərqli omletin reseptini təqdim edir.
 
3 ədəd yumurta
150 ml süd
Duz
 
Yumurtalar köpüklənib qalxana kimi mikserlə və ya çəngəllə çalınır. Süd əlavə edilib, yenə çalınır, duz səpilir.
 
Qida termopaketinin və ya adi birdəfəlik sellofan paketin içərisinə yumurta kütləsiin tökün.
 
Paketi su tökülmüş qazanın içərisinə qoyub, 10 dəqiqə bişir. Hazır olduqdan sonra paketi açıb, omleti süfrəyə ver.
 
Bu omleti bankada da hazırlamaq olar. Yumurta kütləsini adi bankaya töküb, ağzını rezin qapaqla bağla. Qapaqda bir iki deşik aç.  
 
Bankanı kiçik qazanda soyuq suya qoy ki, istidən çatlamasın. Bankanın altına daha bir rezin qapaq qoy.
 
Omleti bankada bu suyun içində 20 dəqiqə bişir. Hazır olanda bankanı çevir, omlet çıxsın.
 
 








Redaktorun seçimi