28 ildir şəkər yeməyən 70 yaşlı qadın - İdeal vücudun sirri

Hit: 243
28 ildir şəkər yeməyən 70 yaşlı qadın - İdeal vücudun sirri

Carolin Hartz adlı qadın 70 yaşında olmasına baxmayaraq, həmyaşıdlarınından fərqli, daha gənc görünüşə malikdir. Yaşını bilənlər isə təəccüblərini gizlədə bilmir.  Əgər siz şəkəri həyatınızdan birdəfəlik çıxartmaq barədə qərarsız qalmısınızsa, 70 yaşlı C.Hartz fikrinizi  dəyişidərəcək. Ona bu görünüşə yiyələnmək heç də asan başa gəlməyib. Şəkər alüdəçisi olan qadın bir anda bu vərdişi ilə vidalaşmaq qərarına gəlib. Qadın imtina qərarından sonra bədəninin daha da gəncləşdiyinin fərqinə varıb. Faktor.az medicina.az-a istinadən möhtəşəm vücuda malik qadının sağlamlıq sirlərini təqdim edir. 

Carolyn gənclik sirrini elə şəkərdən imtinada  görür. "Mövzu qidlanma olduqda, sadəcə şəkərə deyil, bütün menyuya nəzarət etmək lazımdır. Gündə 3 dəfə yemək yeyin, hər dəfə də protein qəbul etməyi unutmayın. Bunun sayəsində uzun müddət aclıq hiss etməyəcəksiniz. Nə qədər diqqət etsəm də, sevdiyim yeməklərdən  imtina etmirəm. Lakin porsiyasına nəzarət mütləqdir. Diyetlərin yarımçıq qalmasının səbəbi şəxsi distiplinin olmamasıdır".
 
C.Hartz deyir ki, nə yediyiniz qədər, nə qədər yediyiniz də önəmlidir. 
Şəkərdən imtina edəndən sonra təbii meyvələrdən hazırlanan dadlandırıclardan istifadə edir. O, düzgün və vaxtında qidalanmadan başqa yuxu rejiminə də diqqət etdiyni deyir.
 
"Bədən normal gecə yuxusunda yenilənir, özünü bərpa edir. Gözəl görünən bir dərinin mütləq nazı ilə oynamaq lazımdır.  Qumsal sahili olan ölkədə yaşadığıma baxmayaraq, əsla günəşlənmirəm. 30 yaşdan sonra xərçəngdən xilas oldum, ondan sonra günəşin ultra bənövşəyi şüalarına qarşı daha həssas olmuşam. Çölə çıxarkən mütləq günəş kremi çəkirəm. Ümumiyyətlə zərərli şüalara qarşı bütün qadınlara ehtiyatlı olmağı tövsiyə edirəm. Hər şeyin başında xoşbəxlik dayanır.  Özünüzlə barışın. həyata pozitiv baxın. Həyatda hər zaman bir günəş var, əsla buludlara aldanmayın!"









Redaktorun seçimi