"Xəyalət-maneken" kosmosda radiasiyanı ölçəcək

Hit: 165
"Xəyalət-maneken" kosmosda radiasiyanı ölçəcək

Alimlərin hazırladıqları yeni "xəyalət-maneken" kosmosda radiasiyanı ölçəcək.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, bu həssas maneken 2022-ci ildə Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək.

Rusiyanın Tibbi-Bioloji Problemlər İnstitutu kosmik uçuşların radiasiya təhlükəsizliyi şöbəsinin müdiri Vyaçeslav Şurşakov bildirib ki, hazırda orbitdə "kürəşəkilli" maneken var. O əlavə edib: "Həmin maneken 2004-cü ildən orbitdədir və bu, bur rekorddur. Dünyanın heç bir ölkəsində bu cür uzunmüddətli eksperiment aparılmayıb. "Xəyalət-manekenin" xüsusi dozimetr kanalları var, biz radiasiyanı ölçən bu cihazları Yerə qaytarırıq və onları başqaları ilə əvəz edirik".

"Xəyalət-maneken" kosmosda olan radiasiyanın insan orqanizminə təsirini tədqiq edir. O, insan bədəninin radiasiyanı udduğu həcmdə həssas olan materialla təmin edilib. Manekenin daxilində ötürücülər və dozimetrlər quraşdırılıb. Bu cihazlar vasitəsilə kosmik radiasiyanın insan orqanizminə təsirinin təhlükəli həddini dəqiq ölçmək mümkündür.









Redaktorun seçimi