Səhabələri söymək və lənətləmək olarmı?

Hit: 283
Səhabələri söymək və lənətləmək olarmı?

İslam əxlaqına görə, söyüş söymək günahdır. İstər diri olan, istərsə də dünyasını dəyişmiş adamı söymək müsəlmana yaraşan hərəkət deyil. Ona görə də səhabələrin ruhunu söymək birmənalı olaraq qadağandır. Səhabələri lənət etməyə gəlincə, təəssüf ki, keçmiş zamanlarda əsasən siyasi səbəblər üzündən bu kimi hallar baş vermişdir.

Faktor.az islam.az-a istinadən bildirir ki, xüsusilə, Əhli-beytə qarşı mənfi münasibətdə olmuş bəzi məşhur səhabələrə şiə ölkələrində lənət söyləndiyi barədə məlumatlar vardır. Lakin hal-hazırda şiə dünyasının böyük müctəhidləri, nüfuzlu alimləri bu kimi hallara yol verilməməsi üçün ciddi səy göstərirlər. Bəzi mərceyi-təqlidlər sünni dünyasının möhtərəm saydığı şəxsiyyətləri lənət və təhqirə məruz qoymağın haram olduğu haqqında fətva vermişlər. Bu kimi hallar müsəlmanların vəhdətini zəiflədir və məzhəblər arasında düşmənçilik yaradır. Lakin səhabələrin tarixdəki rolunu araşdırarkən tənqidi fikirlər söyləməyin günahı yoxdur.









Redaktorun seçimi