Möminin niyyəti, onun əməlindən üstündür

39 dəfə oxunub
Möminin niyyəti, onun əməlindən üstündür

Həzrət Peyğəmbər (s) buyurur: "Dünya möminin zindanı və kafirin behiştidir".

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Dua - möminin silahıdır".

Peyğəmbəri-Əkrəm (s) buyurur: "Möminin niyyəti möminin əməlindən üstündür".

İmam Əli (ə) buyurur: "Hikmət - möminin itmişidir".

Rəsulallah (s) buyurur: "Namaz - möminin nurudur".

İmam Əli (ə) buyurur: "Möminin Allah qorxusuna görə ağlaması, gözünün aydınlanmasına səbəb olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Möminin nicatı - dilini saxlamasındadır".

İmam Sadiq (ə) buyurur: "Hər kim susuz möminə su verər, Allah Qiyamət günü onu Öz kölgəsinə aparar və behişt içəcəyindən ona içizdirər".

 

Həzrət Peyğəmbər (s) buyurur: "Möminin şərəfi - gecə oyaq qalmasındadır".

İmam Əli (ə) buyurur: "Mömin düz danışan və ayıq ürəklidir".

İmam Səccad (ə) buyurur: "Möminin mömin qardaşının üzünə sevgi ilə baxması - ibadətdir".

İmam Muhəmməd Təqi (ə) buyurur: "Möminin izzət və şəxsiyyəti, başqalarından ehtiyacsız olmağı ilədir".



Redaktorun seçimi