Powerbankınız yenə xarab oldu? - 10 qızıl qaydanı bilməlisiniz

21 dəfə oxunub
Powerbankınız yenə xarab oldu? - 10 qızıl qaydanı bilməlisiniz

Enerjiyə ehtiyac olan həyatımızda hər zaman təravətli qalmağa çalışırıq. İşləyirik, yoruluruq, telefonlarımız da eynən bizim kimi enerjiyə möhtacdırlar, axı "mal yiyəsinə oxşayar". Powerbanklar telefonlarımızın, bəlkə də, əvəzedilməz dostu sayılır. Dostları da, bildiyimiz kimi, bir çox sınaqlardan keçirərək seçmək lazımdır.

Faktor.az ted.az-a istinadən məhz bu sınaq qaydalarını sizə təqdim edirik:

1. Güvəndiyiniz bir istehsalçının powerbankını seçin. Şirkət və onun məhsulları haqqında rəyləri oxumaq məsləhət görülür.

2. Powerbankı təyinatlı şəkildə istifadə edin. Batareyanın tutumundan asılı olaraq smartfon, planşet və ya noutbuku doldurmaq məsləhətdir.

3. Powerbankı sərin yerdə saxlayın. Elektrik cihazları üçün yüksək temperatur arzuolunmazdır.

4. Powerbankı quru yerdə saxlayın. Elektron cihazlar nəmliklə "dost" olmur.

5. Powerbankın müntəzəm istifadəsi uzunömürlülüyünün qarantıdır. Сihazı vaxtaşırı doldurun və boşaldın.

6. Powerbankınızı düzgün saxlayın. Müasir batareyaların müəyyən olunan vaxtdan çox enerji yuvasına qoşulu qalması onları "yaşlandırır". Cihazın daha uzun yaşaması üçün onu tam dolmadan elektrik yuvasından ayırmaq lazımdır.



Redaktorun seçimi