Dünyanın ən yaxşı hava limanı...

22 dəfə oxunub
Dünyanın ən yaxşı hava limanı...

İngiltərənin "Staşer" şirkəti dünyanın ən yaxşı hava limanlarının siyahısını hazırlayıb.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, 106 hava limanında aparılan araşdırmada qidalanma, park ödənişləri, uçuş müddətini gözləmə vaxtı, şəhər mərkəzinə uzaqlığı və mağazaların əlçatanlığı kimi kriteriyalar əsas götürülüb.

Siyahıda ilk yeri Rusiyanın paytaxtı Moskvadakı "Şeremetyevo" Beynəlxalq Hava Limanı tutub.

İkinci yerdə Londonun "Hitrou", üçüncü yerdə isə Trinidadın "Pirako" və "Tobaqo" hava limanları qərarlaşıb.

Ən komfortlu 10 hava limanları arasında Danimarka, Kolumbiya, Avstraliya, Kanada və Qətərin hava limanları yer alıb.



Redaktorun seçimi