Timsah “Tank” ləqəbli 45 kiloqramlıq iti yedi

65 dəfə oxunub
Timsah “Tank” ləqəbli 45 kiloqramlıq iti yedi

Amerikanın Flordia ştatının Oberndeyl şəhərində timsah itə hücum edib.

Faktor.az virtualaz.org-a istinadən xəbər verir ki, şəhər sakini Sintiya Robinson səhər saatlarında 45 kiloqram ağırlığı olan "Tank" ləqəbli pitbulunu gəzintiyə çıxarıbmış. Onlar timsahlar saxlanan vətəgənin yanından keçərkən nəhəng sürünən itə hücum edib.

"O elə cəlb tərpəndi ki...İti qapdı və yedi. "Tank"ın heç bir şansı qalmadı",-qadın danışır.

Qadının bildirdiyinə görə timsahın uzunluğu 3 metrdən çox idi. "Mən kömək etməyə çalışdım, amma timsah çox nəhəng idi. Beləsini "Buş Qardens"dən başqa heç yerdə görməmişdim",o deyib.

Floridadakı "Buş Qardens" parkında iri heyvanlar, o cümlədən timsahlar və gərgədanlar saxlanılır.

 

"Mən ancaq dayanıb tamaşa edə bildim ki, o itimi necə yeyir. İstəməzdim ki, bu başqalarının da başına gəlsin, axı buradan insanlar, uşaqlar keçir",-qadın bildirib.

Bildirlir ki, Florida ştatının təbiət və balıq ehtiyatlarının mühafizəsi üzrə Komissiyası sürünənin axtarışları üçün mütəxəssi göndərib.



Redaktorun seçimi