Vegetarianlıq haqqında bilmədikləriniz - Kenquru əti...

Hit: 565
Vegetarianlıq haqqında bilmədikləriniz - Kenquru əti...

Bəşəriyyət tarixinin bir çox dönəmlərində ət yeməkdən imtina edən insanlar olub.

Faktor.az xarici mediaya istinadən bu mövzuda maraqlı faktları təqdim edir.

- “Vegetarian” sözü termin olaraq XIX əsrdə yaranıb. Bu dövrə qədər ət yeməyən insanlar “Pifaqorçular” adlanıblar. Çünki böyük filosof Pifaqor yalnız çörək, tərəvəz və bal yeyib. Onun davamçıları olan “Pifaqorçular” da eyni pəhrizlə yaşayıblar. Pifaqor ət yeməməsini insan öldükdən sonra onun heyvana dönməsi ilə əlaqələndirib: “Deməli, insan özünü yeməməlidir”.   

- Böyük Britaniyalı psixoloq Henk Rotqerberin fikrinə görə, dünyada hər üç nəfər alkoqolizmə qurşanan vegeteriandan biri öz prinsipini tərk edərək ət yeməyə başlayır. Psixoloq anonim sorğu apararaq bu nəticəni alıb.

- Məşhur fizik Albert Eynşten də vegetarian olub. Hesab edib ki, bitki mənşəli qidalar onun yaddaşına qüvvət verib. Fizikin sözlərinə görə, vegetarianlıq, insan orqanizminə faydalı olması ilə yanaşı, Yer üzündə həyatı saxlayır.

- Avstraliyada vegetarianlığın yeni istiqaməti meydana gəlib. Cərəyan tərəfdarları yalnız kenquru əti yeyirlər. Onlar bildirirlər ki, kenquru ətində piy və xolestrin azdır. Bu səbəblə orqanizmdə tez həzm olur.

- Statistikaya görə vegetarianlığa çoxları cəhd edir. Lakin hər beş nəfərdən dördü sona qədər bu rejimi qoruya bilmir. Təxminən, bir ildən sonra ət yeməyə başlayırlar.

- Vegetarinlar öz bayramlarını da qeyd edirlər. 1977-ci ildə “Şimali Amerika Vegetarianları Cəmiyyəti” hər ilin 1 Oktyabr tarixini bütün dünyada “Ümumdünya Vegetarianlıq Günü” olmasını təklif ediblər. Bir ildən sonra təklifi Beynəlxalq Vegetarianlar İttifaqı müdafiə edib.

Cavid Zahidoğlu

 









Redaktorun seçimi