Dünyanın ən çox oxunan İKİNCİ ŞEİRİ - VİDEO

Hit: 698
Dünyanın ən çox oxunan İKİNCİ ŞEİRİ - VİDEO

Dünyanın ən böyük şeir portalı “Lyrikline”nin nəticələrinə görə, türk şairi Orxan Vəlinin “Anlatamıyorum” şeiri dünya üzrə ən çox oxunan ikinci şeiri seçilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barəədə adıçəkilən portalın redaktoru Metin Celal məlumat verib. Onun sözlərinə görə, 84 dildə 1375 şairin 12312 şeiri və 18502 tərcüməsini paylaşan portal 1999-cu ildən fəaliyyət göstərir və 2002-ci ildən bəri UNESCO-nun himayəsindədir.

Orhan Veli, dünyanın en çok okunan ikinci şairi

Məlum olub ki, “Lyrikline” redaktorları hər il iyun ayında “Berlin Şeir Festivalı” çərçivəsində illik statistikaları açıqlayır. Bu ilin nəticələrinə əsasən, dünya üzrə ən çox oxunan şeir Orxan Vəlinin "Anlatamıyorum!”, ilk sırada isə isveçli şair Herman Hesseden "Stufen” şeiri gəlir.

Ən çox şeir oxunan ölkələr

1. Almaniya

2. ABŞ

3. Türkiyə

4. Böyük Britaniya

5. Serbiya

6. Avstriya

7. İspaniya

8. İsveçrə

9. Rusiya

10. Fransa









Redaktorun seçimi