Alimlər arıqlamaq haqda yeni fikirlər irəli sürüb

Hit: 178
Alimlər arıqlamaq haqda yeni fikirlər irəli sürüb
Çəki ataraq sağlamlıq qazanmaq üçün insan təkcə piyləri əritmək haqda düşünməməlidir. Belə bir fikirlə Corciya universitetinin mütəxəssisləri çıxış etmişdir. Onların fikrinə görə, arıqlamaq istəyiən insanlar ilk növbədə fikirlərini əzələlərinin formaya düşməsinə yönəltməlidir.
 
Faktor.az deyerler.org-a istinadən bildirir ki, düzgün olmayan qidalanma, az hərəkət, oturaq həyat tərzi və stress, orqanizmin insulinə qarşı hissiyatını azaldır. Bu da öz növbəsində insulta və ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.
 
Alimərin fikrinə görə, onların irəli sürdüyü nəzəriyyə, aparılan tədqiqatlar vasitəsi ilə yoxlanılmalıdır. Ehtimallar təsdiq edilərsə, bəzi insaların artıq çəkidən əziyyət çəkdiyi halda, ürək-damar xəstəlikləri və diabetlə qarşılaşmamasının səbəbi aydın olacaq.
 
Mütəxəssislərin fikrinə görə, insanın əzələ skeleti sistematik olaraq bəzən qiymətləndirilmir. Əzələ insana ayaq üstə durmağa, onurğanı dik tutmağa və yeriməyə kömək edir. Üstəlik metabolizm də əsasən əzələlərdən asılıdır. Mütəxəssislərin dediyinə görə, yaxşı əzələ fəaliyyəti yüksək əzələ kütləsiylə eyni deyil.








Redaktorun seçimi