Gözün görə bilmədiyini görən polarizasiya kamerası

Hit: 185
Gözün görə bilmədiyini görən polarizasiya kamerası
Harvard Universitetinin daxilində araşdırmaları davam etdirən elm insanları, insan gözünün görə bilmədiyi polarizə işığı müəyyən edə bilən bir kamera yaradıblar. Bu kamera bir çox sahədə istifadə edilə biləcəyi kimi, kiçik olmasıyla da diqqət çəkir.
 
Köhnədən çox daha heybətli olan kameralar, inkişaf edən texnologiya sayəsində ciblərimizə sığacaq qədər kiçildi. Üstəlik son vaxtlarda smartfonların kameraları, peşəkar maşınlara yaxınlaşmaq üzrədir. Ancaq Harvard Universitetinin elm insanları, insan gözünün qəbul etməyəcəyi görüntüləri tutan bir polarizasiya kamerası yaratmağı bacardılar. Üstəlik bu kamera minimal bir quruluşa sahibdir.
 
Elm insanlarının yaratdığı bu polarizasiya kamerası insanların üzlərinin təyin olunması, avtonom vasitələr kimi bir çox sahədə istifadə edilə bilir. Bundan əlavə, polarizə işığının görülə bilməsi eyni rəngə sahib olan obyektlərin hansılarının insanlar tərəfindən yaradıldığının hansılarınınsa təbii olaraq meydana gəldiyinin təyin edilməsi kimi bir çox qabiliyyətə sahib olunması mənasını verir.
 
İnsan gözü polarizə işığı görə bilməz. Ancaq krevetlər də daxil olmaq üzrə bir çox heyvan növü, polarizə işığı görə bilir.








Redaktorun seçimi