Məşhur aktyordan həyat haqqında dərin məsləhətlər

Hit: 269
Məşhur aktyordan həyat haqqında dərin məsləhətlər

Aktyor, musiqiçi və şair Pyotr Mamonov müasir Rus mədəniyyətində öz şəxsiyyətini açıq-aydın şəkildə ortaya qoyan ustadlardan biridir. O, kiminsə xoşuna gəlmək üçün yaşamır, öz hücrəsinə çəkilib sakit həyat sürür, nadir hallarda konsertlər verir və tamaşalarda çıxış edir. Dərin həyat fəlsəfəsi ilə seçilən məşhur müsahibələrində öz təcrübərlərini paylaşır.

Faktor.az publika.az-a istinadən aktyorun həyatın anlamı haqqında hikmətli fikirləri ilə tanış edib.

1. İnsanları incitməyin və heç kəsə inciməyin.

2. Hətta özünüzə əmin olmsanız da, "Səni sevirəm" deyin. Bu sözləri tez-tez deyin.

3. Sevdiyiniz insana tez-tez toxunun.

4. Həmişə həmsöhbətinizin düz gözünün içinə baxın.

5. Dəyişikliklərdən qorxmayın, amma arzulamayın da.

6. Güzətşə gedin.

7. Hər hadisəni bayrama çevirin.

8. Başqalarını heç vaxt mühakimə etməyin, xüsusilə zövqlərini sorğulamayın.

9. Allaha gedin, Allahı axtarın, hətta ona inanmasanız belə.

10. Tez-tez nəğmə oxuyun.

11. Konsertlərə gedin.

12. Təbəssümlə yuxuya gedib.

13. Həmişə dostlarınızı doğum günü münasibəti ilə təbrik edin.

14. Hədiyyələr edin.

15. Valideynlərinizə zəng edin.

16. Güzgüdə tez-tez özünüzə gülümsəyin.

17. Gülməli vəziyyətə düşməkdən qorxmayın.

18. Başqalarını öyrətmək lazım deyil ki, şəxsi həyatda hansı qərarları vermək lazımdır.

19. Gündəlik tutun.

20. Həyatı kurort kimi qəbul etməyin.

21. Biliklərinizi paylaşın.

22. Sevdiklərinizi düşünün.

23. Saqqalınız varsa, kəsin, yoxdursa, saxlayın. Dəyişin.

24. Qaydaları dəyişin.

25. Özünüz olun.

 

26. Televizora baxmayın.

27. Başqalarına icazə verin ki, qayğınıza qalsın.

28. Hər işin işıqlı tərəfini düşünün.

29. Bəyəndiyiniz film və mahnıları dostlarla paylaşın.

30. Yalnız sevdiyiniz insanla sekslə məşğul olun.

31. Cavanlıqda yazdığınız şeirlərdən utanmayın.

32. Ölümdən qorxmayın, amma yaxınlarınızı itirməkdən qorxun. Bundan savayı heç nədən çəkinməyin.

33. Həyatın hər dəqiqəsinə dəyər verin, çünki zamanımız çox az, həyat isə qısadır, həyatınızın ən adi anını daha gözəl edə bilərsiniz.

34. Özünüzə inanın.

35. Dünyanı təəccübləndirin.

36. Məzuniyyətdə telefonu söndürün.

37. Konsert və filmlərə heç vaxt tək getməyin.

38. Təşəkkür etməyi unutmayın.

39. Dostlarınızla şəkil çəkdirin.

40. Sizi sevən insanları qoruyun.

41. Sevdiyiniz insan üçün ən yaxşısı olun.

42. Digər insanların seçimlərini tənqid etməyin.

43. Həmişə yaxınlar və ailə üzvlərinizin rifahının qayğısına qalın.

44. Sizə qarşı laqeyd olan insanlara vaxtınızı xərcləməyin.

45. Valideynlərinizə və həkimlərə yalan danışmayın.

46. Uduzmağı öyrənin və bu barədə peşmançılıq çəkməyin.

47. Başqaları haqqında pis danışmayın.

48. Bəli, həyat bizi vurur. Lakin bu zərbələr bəla kimi yox, dərman kimi qəbul olunmalıdır. Belə sınaqlar bizi təmizləmək üçün var. Əgər biz Tanrını bizi sevən kimi qəbul ediriksə, onun göndərdiklərini də hədiyyə kimi qəbul edə bilərik.









Redaktorun seçimi