Nanə şorbası - mədə-bağırsağın dərmanı - RESEPT

Hit: 290
Nanə şorbası - mədə-bağırsağın dərmanı - RESEPT
Nanədən şorba alınacağı ağlınıza gəlibmi?  Nanənin faydalı təsiri bu şorbada qorunacaq.
 
Faktor.az medicina.az-a istinadən nanəli, yaşıl noxudlu şorbanın reseptini təqdim edir:
 
Ərzaqlar:
 
-Su -1,5 litr
-Yaşıl noxud bankada - 200 qr
-Kartof - 3 ədəd
-Soğan -1 ədəd
-Sarımsaq -2 diş
-Kərə yağı - 30 qr
-Qaymaq - 100 ml
-Nanə - yarım dəstə
-Duz, istiot
 
Hazırlanması:
 
Qazanda su qaynara salınır, kub formasında doğranmış kartoflar atılıb, 10 dəqiqə bişirilir.
 
Tavada kərə yağı əridilir, soğan burda qovrulur. Yağ soğan qazandakı suya əlavə edilir, bura konserv yaşıl noxud qatılır, 10 dəqiqə bişirilir, duz səpilir.
Sona yaxın qaymaq, sarımsaq, xırda doğranmış nanə əlavə edilib, bir burum qaynadıb, oddan götürün.








Redaktorun seçimi